Previous Next
Bağla

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026 19:47
Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu təhlillərdən əldə edilən nəticələrə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflərini verir.

Xeberler.az bildirir ki, bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.

2026-cı ilin ilk 4 ayı ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 2 585 şikayət daxil olub. Bu müraciətlərin 41,9%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 30,6%-i mobil internet və rabitə xidmətləri, 27,5%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 21 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 92 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin ilk 4 ayı ərzində “E-Şikayət” sisteminə ümumilikdə 1 874 müraciət daxil olmuşdur. Bu müraciətlərin böyük qismi – 53,4%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 42,2%, telefon rabitəsi üzrə isə 4,4%-dir. 

Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır. İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 14,9%-lə xidmətin işləməməsinə, 11,5%-lə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 8,8%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir.

Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 18,6% təşkil etmişdir. Tariflər ilə bağlı müraciətlər 8,2%, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,6% təşkil etmişdir. Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,3%-i infrastruktur problemləri, 1,2%-i xidmətin işləməməsi, 0,9%-i isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır. Mobil internet xidmətləri üzrə müraciətlərin 1,3%-i tariflər, 1%-i operator dəyişdirilməsi (nömrədaşıma), 0,9%-i isə şəbəkə problemləri ilə bağlıdır. Poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin ilk 4 ayı ərzində 711 müraciət daxil olub. Bu da 2026-cı ilin ilk 4 ayı ərzində sistemə daxil olan ümumi şikayətlərin 27,5%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 89.5%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 5.3% müraciətlər müştəri xidmətləri, digər 5,2% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88%-i sürətli poçt xidmətləri, 12%-i universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir. 

Beləliklə, müraciət zamanı ünvan olaraq müraciətçilərin 55,9%-i Bakını qeyd etmişdir. Abşeron–Xırdalan üzrə bu göstərici 5,1%, Sumqayıt üzrə isə 4,8% təşkil etmişdir. Daxil olan müraciətlərin ümumilikdə 78,4%-də vətəndaşlar əsasən 10 bölgəni — Bakı, Abşeron–Xırdalan, Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran, Quba, Naxçıvan, Sabiradad və Göygöl ünvan olaraq göstərmişlər.

Sistem üzərindən 2026-cı ilin ilk 4 ayı üzrə müraciət edənlərin 90,1%-ni kişilər, 9,9%-ni isə qadınlar təşkil edib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

İKTA: “E-Şikayət” ilə edilən müraciətlərin 45,8 faizi internetlə bağlıdır

13-04-2026

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub

18-05-2015

Vahid Çağrı mərkəzinə 5 mindən çox müraciət daxil olub

24-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə