Previous Next
Bağla

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025 13:43
“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

2025-ci il aprelin 1-nə olan məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platformasına 5 863 müraciət daxil olub.

Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Bu da gün ərzində orta hesabla 12 müraciət deməkdir. Həmin müraciətlərdən 5 354-ü (91,32%) telekommunikasiya, 509-u (8,68%) isə poçt rabitəsi sahəsi ilə bağlı olub.

Ötən ilin noyabr ayında “E-Şikayət” sisteminin mobil tətbiqi istifadəyə verilib və qısa müddət ərzində abunəçilərin ümumi şikayətlərinin 266-sı, yaxud 4,54%-i bu üsulla edilib. Müraciətlərin 88,35%-i telekommunikasiya, 11,65%-i isə poçt rabitəsi ilə bağlı olub.

Şikayətlərin 78,9%-i kişilər, 21,1%-i isə qadınlar tərəfindən ünvanlanıb. 

“E-Şikayət” sisteminə daxil olan şikayətlərin 98,77%-i cavablandırılıb, 1,23%-nin isə icrası icra mərhələsindədir.

Telekommunikasiya sahəsində fəaliyyət göstərən (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”) 140 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub. Şikayətlərin 64,61%-i sabit internet xidmətlərini əhatə edir. Mobil rabitə barəsində olan şikayətlər 19,31%, telefon rabitəsi barədə olan şikayətlər 12,96% və mobil internet barəsində olan şikayətlər isə 3,10% təşkil edir.

Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb.

“İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,02%-ni əhatə edir. İkinci yerdə 17,65%-lə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 8,01%-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 43,68%-ni təşkil edir.

Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (5,25%), “Operator dəyişdirmə (nömrədaşıma)” (5,57%), və “Tariflərlə bağlı şikayət” (3,85%) alt kateqoriyalarını əhatə edir.

“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (6,57%), “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (1,34%) və “İnfrastrukturla əlaqədar” (1,29%) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.

“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,88%), “Operator dəyişdirmə (nömrədaşıma)” (0,6%) və “Tariflərlə bağlı şikayət” (0,54%) alt kateqoriyaları ilk 3 yeri tutur.

Şikayətlərin coğrafiyasına gəldikdə, 54,37% müraciət Bakı şəhərindən edilib. Eyni zamanda Abşeron – Xırdalan üzrə şikayətlərin payı 7,71%, Sumqayıt şəhəri üzrə 4,55%, Lənkəran rayonu üzrə 2,42%, Gəncə şəhəri isə 2,27% təşkil edib. Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 71,32%-i bu 5 ərazi vahidinin payına düşüb. Digər ərazi vahidlərinin hər biri üzrə müraciətlərin faiz göstəricisi 2%-dən aşağıdır. Amma ümumilikdə müraciətlərin 18,01%-ni təşkil edir.

2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Son 1 ildə bu istiqamətdə 509 müraciət daxil olub. Həmin müraciətlərin 72,89%-i sürətli poçt rabitəsi, 27,11%-i isə universal poçt rabitəsi xidmətləri üzrə olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

İKTA: “E-Şikayət” ilə edilən müraciətlərin 45,8 faizi internetlə bağlıdır

13-04-2026

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

Nazirliyin Qaynar xətt-inə daxil olan şikayətlərin sayı açıqlanıb

22-01-2016

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

İKTA internet üzrə keyfiyyət göstəricilərini təqdim edib

29-11-2024

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə