Previous Next
Bağla

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025 12:30
8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu təhlillərdən əldə edilən nəticələrə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının
qorunması istiqamətində tövsiyə və təkliflərini verir.

Xeberler.az bildirir ki, bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt
rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.

2025-ci ilin yanvar-avqust ayları ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 4165 şikayət daxil olub. Bu müraciətlərin 62.6%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 18,9% mobil internet və rabitə xidmətləri, 18,5%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 17 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 108 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə ilin 8 ayı ərzində “E-Şikayət” sisteminə 3392 müraciət daxil olub. Bu müraciətlərin böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 23,3%, telefon rabitəsi üzrə isə 14,9%-dir. Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 34%-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 10,6%-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (7,85%), infrastruktur (1,42%) və istehlakçılara göstərilən xidmətlərdən narazılıqla bağlı (1,36%) əsas kateqoriyalara ayrılıb.

Mobil rabitə xidmətində 8,95%-lə operatorun fəaliyyətindən narazılıq, 3,01%-lə mobil operatorların nömrədaşıma məsələsində abunəçilərə yaratdığı çətinliklər və 1,39%-lə tariflərlə bağlı müraciətlər ilk 3-lüyə daxildir. Operatorun ümumi fəaliyyətindən narazılıq mövzusu əsasən abunəçinin operatorun xidmətindən istifadə edərkən birdən çox çətinlikləri əks etdirir (şəbəkə zəifliyi, danışıqda donmalar, müştəri xidmətlərinin keyfiyyətsiz xidməti, verilən sorğuların gec cavablandırılması və s.).

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 0,92%-lə tariflər, 0,8%-lə operatorun ümumi fəaliyyətindən narazılıq və 0,5%-lə xidmətin işləməməsi barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə 8 ay ərzində 773 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 18,5%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 85%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 8% müraciətlər müştəri xidmətləri, digər 7% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,26%-i sürətli poçt xidmətləri, 11,74%-i universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil
edilir. Beləliklə, müraciət edərkən ünvan olaraq vətəndaşların 54,84%-i Bakını, 5,98%-i Saatlını, 4,51%-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 79,8%-də vətəndaşlar 10 bölgəni (Bakı, Saatlı, Abşeron – Xırdalan, Sumqayıt, Lənkəran, Gəncə, Cəlilabad, Lerik, Yardımlı, Göyçay) ünvan olaraq qeyd ediblər. Sistem üzərindən ilin 8 ayı ərzində 78,08% kişi, 21,92% qadın müraciət edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

İKTA: “E-Şikayət” ilə edilən müraciətlərin 45,8 faizi internetlə bağlıdır

13-04-2026

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

195-2 Telefon Məlumat Mərkəzinə 35 minə yaxın müraciət daxil olub

18-05-2015

195-2 Telefon Məlumat Mərkəzinə 36 mindən çox müraciət daxil olub

06-08-2015

Sentyabrda “Azərpoçt”-a 1682 müraciət qeydə alınıb

09-10-2023

İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə