Previous Next
Bağla

İKTA və “ICANN” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

09-06-2026 13:06
İKTA və “ICANN” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (ICANN) arasında internet idarəçiliyi, potensialın gücləndirilməsi, rəqəmsal ekosistemin inkişafı, internetin təhlükəsizliyi və sabitliyi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az məlumat verir ki, sənəd “ICANN”ın İspaniyanın Sevilya şəhərində keçirilən və qlobal internetin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu 86-cı Siyasət Forumunda imzalanıb. Anlaşma Memorandumu telekommunikasiya və poçt xidmətləri sahəsində Azərbaycanın milli tənzimləyici qurumu olan İKTA ilə internetin unikal identifikator sistemlərinin, o cümlədən domen adları və IP ünvan resurslarının koordinasiyasına cavabdeh qlobal təşkilat olan “ICANN” arasında əməkdaşlıq çərçivəsini müəyyən edir.

Tərəflər qarşılıqlı maraq doğuran aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:

1. Domen Adları Sistemi (DNS) və internet idarəçiliyi sahələrində təhsil və potensialın gücləndirilməsi proqramlarının hazırlanması və həyata keçirilməsi;
2. “ICANN”ın qlobal siyasət formalaşdırılması proseslərində maraqlı tərəflərin iştirakının təşviq edilməsi;
3. Azərbaycanda dövlət qurumlarını, akademik dairələri, özəl sektoru və texniki icmaları əhatə edən maarifləndirmə və ictimai iştirakçılıq təşəbbüslərinin dəstəklənməsi;
4. İnternetin təhlükəsizliyi, sabitliyi və dayanıqlılığı sahələrində birgə təlim proqramlarının, seminarların və maarifləndirici tədbirlərin təşkili;
5. Yerli dillər və əlifbalardan istifadə edən domen adları və elektron poçt ünvanları da daxil olmaqla bütün internet identifikatorlarının rəqəmsal platformalar və proqram təminatları üzərində düzgün və vahid şəkildə işləməsini təmin edən “Universal Acceptance (Universal qəbul)” prinsiplərinin təşviqi;
7. İnternetlə bağlı siyasətlər, tənzimləmə yanaşmaları və inkişaf meyilləri üzrə məxfi olmayan məlumatların və qabaqcıl təcrübələrin mübadiləsi.

Qeyd edək ki, əməkdaşlıq yerli ekspertlərin potensialının artırılması, Azərbaycanın maraqlı tərəflərinin beynəlxalq internet idarəçiliyi təşəbbüslərində iştirak imkanlarının genişləndirilməsi və ölkənin rəqəmsal transformasiya gündəliyinin uğurla həyata keçirilməsinə töhfə verəcək.

Memorandum, həmçinin hökumətləri, texniki icmaları, akademik qurumları, biznes sektorunu və vətəndaş cəmiyyətini internetin gələcəyi ilə bağlı məsələlərin həllində bir araya gətirən çoxtərəfli iştirakçılıq modelinin əhəmiyyətini bir daha vurğulayır.

İKTA və “ICANN” internet ekosisteminin Azərbaycanda və qlobal miqyasda davamlı inkişafını dəstəkləmək məqsədilə əməkdaşlıq, bilik mübadiləsi və institusional potensialın gücləndirilməsi istiqamətində birgə fəaliyyətlərini davam etdirmək niyyətindədir.

İKTA haqqında

İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, radiotezlik spektrinin idarə olunması və poçt xidmətləri sahələrində tənzimləmə, sertifikatlaşdırma, qeydiyyat, nəzarət və keyfiyyətə nəzarət funksiyalarını həyata keçirir. Agentliyin missiyası innovasiyaları, rəqabəti və rəqəmsal inkişafı təşviq edən şəffaf, etibarlı, məsuliyyətli və istehlakçı yönümlü tənzimləyici mühitin formalaşdırılmasıdır.

“ICANN” haqqında

İnternetin Unikal İdentifikatorlarının Təyinatı üzrə Korporasiya (ICANN) qlobal internetin sabit, təhlükəsiz və qarşılıqlı fəaliyyət qabiliyyətli şəkildə işləməsini təmin etmək məqsədilə internetin unikal identifikator sistemlərinin koordinasiyasını həyata keçirən qeyri-kommersiya və ictimai maraqlara xidmət edən beynəlxalq təşkilatdır. “ICANN” özünün çoxtərəfli iştirakçılıq modeli vasitəsilə dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirərək internet siyasətlərinin formalaşdırılmasını və əsas internet resurslarının koordinasiyasını təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

10-12-2025

ABŞ qlobal internetin idarəetməsinə təsir edə bilməyəcək

03-10-2016

Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

30-04-2026

Argentinada ICANN konfransı işə başlayıb

24-06-2015

Domen adları qeydiyyatçılarının sayı artıb

21-10-2015

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Avropa İttifaqı ABŞ-ın İnternet üzərində nəzarətinin məhdudlaşdırılmasını dəstəkləyib

16-06-2015

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzalayıb

31-10-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

ICANN yeni domen zonasını təsdiqləyib

28-11-2013

ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

25-03-2009

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə