Previous Next
Bağla

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025 18:52
İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Rumıniyanın kommunikasiya sahəsi üzrə tənzimləyici milli qurumu ANCOM arasında işgüzar görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov və ANCOM prezidenti Valeriu Zqonea rəhbərlik etdikləri nümayəndə heyətləri ilə iştirak ediblər. Əsas diqqət artıq bir müddət əvvəl Azərbaycan və Rumıniya tənzimləyici qurumları arasında formalaşmış işbirliyi, bu istiqamətdə atılmış addımlar, gələcək planlar və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, radiospektr idarəçiliyi, istehlakçıların hüquqlarının qorunması, rəqəmsal transformasiya və innovativ həllərin tənzimlənməsi kimi ortaq prioritetlərə yönəlib.

Müzakirələrdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda yeni texnologiyaların tənzimlənməsi və idarə olunmasına ehtiyac, bu sahədə öyrənmə prosesində mövcud çətinliklər, eləcə də onların aradan qaldırılması və sürətləndirilməsi üçün təcrübə və bilik mübadiləsinin vacibliyi vurğulanıb. ANCOM Avropa tənzimləyici çərçivəsinə uğurla inteqrasiya edən ən qabaqcıl təcrübəyə malik qurumlardan biridir.

İKTA-nın isə son dövrlərdə data əsaslı kameral təhlilləri, intellektual platformalarla genişlənən əməkdaşlığı müxtəlif ölkələrin tənzimləyici qurumlarının maraq dairəsindədir.

Hər iki ölkənin tənzimləyici qurumlarının təcrübə mübadiləsi və beynəlxalq təşkilatlarda əməkdaşlığının genişləndirilməsi istiqamətində addımların atılmasına ehtiyac olduğu da qeyd edilib.

Müzakirələrin sonunda qurumlar arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum qurumların qarşılıqlı təcrübə və bilik mübadiləsini daha da genişləndirməsini, ortaq layihələr və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025

İKTA-nın nümayəndə heyəti Ankarada simpoziumda iştirak edib

13-05-2026

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə