Previous Next
Bağla

İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

10-12-2025 18:07
İKTA və ICANN domen idarəçiliyini gücləndirən yol xəritəsi hazırlayacaq

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov ilə internetin idarə edilməsinə məsul beynəlxalq qurumlardan biri olan Təyin olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyasının (ICANN) vitse-prezidenti Kris Mondini arasında görüş keçirilib. Görüş Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində “ICANN” rəhbərliyi ilə aparılan ilkin müzakirələrin davamı olaraq baş tutub.

Xeberler.az bildirir ki, görüşdə tərəflər Azərbaycanın domen adları üzrə idarəçilik modelinin gücləndirilməsi, milli DNS infrastrukturunun dayanıqlığının artırılması, eləcə də təhlükəsiz və sabit internet ekosisteminin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Azərbaycanın qlobal internet idarəçiliyi proseslərində daha fəal və sistemli şəkildə iştirakı, ən yaxşı beynəlxalq təcrübələrin ölkədə tətbiqi və müvafiq sahədə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı, həmçinin “ICANN” tərəfindən texniki bilik mübadiləsi, İKTA əməkdaşları üçün potensialın artırılması proqramları, yerli mütəxəssislər üçün təlim və seminarların təşkili, eləcə də siyasət və normativ çərçivələrin inkişafında ekspert dəstəyinin göstərilməsi imkanları nəzərdən keçirilib. “ICANN” nümayəndələri Azərbaycanın regionda innovasiya və rəqəmsal inkişaf proseslərinə verdiyi töhfəni yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

İKTA rəhbərliyi bildirib ki, Agentlik yarandıqdan sonra nizamnaməsinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində bir sıra fəaliyyətin qanunvericilik tələblərinə uyğunlaşdırılmasının monitorinqlərinə başlayıb. Azərbaycanın domen adları sisteminin mövcud vəziyyəti, qanunvericilik tələblərinə uyğunlaşdırılmanın zəruriliyi, çətinliklər və müşahidə olunan boşluqlar barədə məlumat verilib. Ölkədə bu sahə üzrə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən müəyyən narahatlıqların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, “ICANN” ilə daha sıx əməkdaşlıq domen idarəçiliyində şəffaflığın, koordinasiyanın və
dayanıqlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “ICANN” rəsmiləri Azərbaycanın internet idarəçiliyi imkanlarının genişləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirakının artırılması və milli domen ekosisteminin möhkəmləndirilməsi istiqamətində səylərini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Onlar yaxın dövr üçün birgə seminarlar, texniki sessiyalar və ekspert görüşlərinin keçirilməsi təşəbbüsünə müsbət yanaşdıqlarını qeyd ediblər.

Görüşdə İKTA və “ICANN” əməkdaşlığı dərinləşdirmək və qarşıdakı aylarda Azərbaycanda domen idarəçiliyinin inkişafına dair birgə Yol Xəritəsi hazırlamaq barədə razılığa gəlib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKTA və “ICANN” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

İKTA və “ICANN” əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

09-06-2026
Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

Domen ad sistemi təhlükəsizliyi üzrə beynəlxalq təlimlər keçirilir

30-04-2026
Domen adları qeydiyyatçılarının sayı artıb

Domen adları qeydiyyatçılarının sayı artıb

21-10-2015
ABŞ qlobal internetin idarəetməsinə təsir edə bilməyəcək

ABŞ qlobal internetin idarəetməsinə təsir edə bilməyəcək

03-10-2016
ICANN yeni domen zonasını təsdiqləyib

ICANN yeni domen zonasını təsdiqləyib

28-11-2013
ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

ICANN yuxarı səviyyəli yeni domenlərin satışını təxirə salıb

25-03-2009
Argentinada ICANN konfransı işə başlayıb

Argentinada ICANN konfransı işə başlayıb

24-06-2015
İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər müzakirə edilib

29-06-2019
Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025
Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025
Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

Osman Gündüz: .az domeninin idarəçiliyində 30 illik model dəyişə bilər

09-06-2026
İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025
Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025
ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025
İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025
Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

Bu gün DNS zonası üçün kriptoqrafik açar dəyişdiriləcək

11-10-2018
Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

Avropanın regional internet qeydiyyatçısı serverini Azərbaycanda quracaq

05-03-2019
İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025
Domen qeydiyyatçıları üçün sığorta tələbi ləğv edilib

Domen qeydiyyatçıları üçün sığorta tələbi ləğv edilib

06-10-2015
“ICANN” prezidenti istefa verəcək

“ICANN” prezidenti istefa verəcək

22-05-2015
Ölkəmizdə kriptoqrafiya açarları dəyişdirilib

Ölkəmizdə kriptoqrafiya açarları dəyişdirilib

16-10-2018
Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

Kiril əlifbalı domen zonasında qeydiyyatdan keçmək üçün ilikin müraciət qəbul olunub

12-11-2009
“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013
İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə