Previous Next
Bağla

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024 12:58
İKTA yazı müsabiqəsi elan edir

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsini elan edir.

Xeberler.az məlumat verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir. Müsabiqə aşağıdakı mövzuları əhatə edəcək:

1. “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”;
2. “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı”;
3. “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı”.

Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

Qaliblərin və aktiv iştirakçıların müvafiq mükafat və diplomlarla təltif olunmaları nəzərdə tutulur. Müsabiqə şərtləri ilə https://icta.az/competition linkindən tanış olmaq və qeydiyyatdan keçmək olar.

Müsabiqədə iştirak üçün 30 dekabr 2024-cü il saat 18:00-dək qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçən iddiaçılardan yazıların qəbulu üçün son tarix 31 yanvar 2025-ci il saat 18:00 müəyyən edilib.

İKTA mövzular ətrafında yaranacaq sualların şərhi və izahı üçün qeydiyyatdan keçmiş iştirakçılara əlavə təlimlərin keçirilməsini planlaşdırır. Müsabiqənin detalları barədə əlavə məlumat almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) media ilə əlaqə üzrə məsul əməkdaşı Tural İbadlı ilə ([email protected], 012 498-11-22) əlaqə saxlamaq olar.

Müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşlarından və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalibləri İKTA tərəfindən təqdim edilən mükafat və qiymətli hədiyyələr gözləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

03-06-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə