Previous Next
Bağla

İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

03-06-2025 11:02
İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) elan etdiyi “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xeberler.az bildirir ki, açılış nitqi ilə çıxış edən İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov yazı müsabiqəsinə marağın yüksək olduğunu, mövzuların jurnalistlər və ekspertlər tərəfindən geniş araşdırıldığını və maraqlı məsələlərə toxunulduğunu qeyd edib. Nail Mərdanov iştirakçılara müsabiqəyə verdikləri töhfəyə görə təşəkkür edib və uğurlarının davamlı olmasını arzulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında yazı müsabiqəsinin ölkəmizdə internet xidmətlərinin tənzimlənməsi və bu sahə üzrə maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində mühüm bir addım olduğunu bildirib.  Nazirin müşaviri qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra İKTA-nın fəaliyyətini əks etdirən təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsi olub.

“Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzuları əhatə edilib.

Müsabiqəyə 60-dan çox müraciət daxil olub. Şərtlərə əsasən, 18 iştirakçı əsas, 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. 

Tədbirin sonunda müsabiqənin qaliblərinə sertifikat, mükafat və hədiyyələr təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA və Braziliya təcrübə mübadiləsi həyata keçirəcək

01-12-2025

“A-dan Z-yə internet: media üçün praktik təlim” təşkil olunub

25-02-2026

İKTA və Rumıniyanın tənzimləyici qurumu arasında Memorandum imzalanıb

18-11-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

ÜPİ ilə İKTA arasında əməkdaşlıq imkanları müzakirə edilib

13-05-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə