Previous Next
Bağla

Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib

16-01-2024 19:14
Qanunsuz poçt xidmətləri ilə bağlı xəbərdarlıq edilib
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) bəzi fiziki və hüquqi şəxslər tərəfindən lisenziyasız sürətli poçt xidmətlərinin (karqo xidməti) göstərilməsi barədə məlumatlar daxil olur.

İKTA bəyan edir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərindən yayınaraq xidmət şəbəkəsini sürətli şəkildə genişləndirmək məqsədilə bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir.

Bu isə öz növbəsində bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər.
Tənzimləyici qurum sürətli poçt xidmətləri bazarında yaranmış belə sui-istifadə hallarından narahatdır və bildirir ki, lisenziyasız sürətli poçt xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti qeyri-qanunidir.

Xatırladaq ki, istifadəçilər verilmiş lisenziyalar barədə məlumatlarla bu linkdə tanış ola və həmin şəxslərin fəaliyyətinin qanuni olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. Həmçinin vətəndaşlar lisenziyaların mövcudluğunu öz poçt operatorları ilə dəqiqləşdirmək imkanına malikdirlər.

İKTA poçt xidməti istifadəçilərini qeyd olunan məsələlərdə daha diqqətli olmağa və bu kimi hallarla qarşılaşdıqda aidiyyəti üzrə tənzimləyici quruma (tel.: +99412 498-11-22; e-poçt: [email protected]) məlumat verməyə çağırır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

Provayderlərə xəbərdarlıq edildi

28-02-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA poçt rabitəsi operatorlarına xəbərdarlıq edib

18-02-2025

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

Bəzi İnternet provayderlər rəqibləri haqqında əsassız məlumatlar yayırlar

04-07-2023

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə