Previous Next
Bağla

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

08-01-2025 10:16
İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu nformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən elan edilmiş “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinə qeydiyyat mərhələsi başa çatıb.

Xeberler.az məlumat verir ki, 2024-cü il 23-30 dekabrda keçirilən qeydiyyat mərhələsində ümumilikdə 56 iştirakçının müraciəti uğurla tamamlanıb.

Qeydiyyatdan keçən iştirakçıların mövzular üzrə məlumatlılığının daha da artırılması məqsədilə növbəti həftə ərzində İKTA mütəxəssisləri tərəfindən təlim xarakterli görüşlər keçiriləcək.

Müsabiqəyə yazıların təqdim edilməsi üçün son tarix 2025-ci il yanvarın 31-i müəyyən edilib. Belə ki, iştirakçılar qeyd edilən tarixə qədər müsabiqə üçün yaradılmış müvafiq linkə daxil olaraq yazılarını sistemə yükləyə bilərlər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir.

Qeydiyyatdan keçən iştirakçılar “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzularından birini seçərək yazı hazırlamalıdırlar.

Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

Eyni zamanda müsabiqə iştirakçılarına dəstək üçün növbəti həftə (14-15 yanvar) seminarların keçirilməsi nəzərdə tutulur. Seminarda müsabiqə mövzuları ətrafında iştirakçıların sualları cavablandırılacaq və metodiki yardım göstəriləcək. Məqsəd predmet üzrə araşdırmaların düzgün istiqamətdə aparılmasına dəstək olmaqdır.

Müsabiqə şərtləri ilə burada tanış olmaq mümkündür.

Xatırladaq ki, müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşları və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalibləri İKTA tərəfindən təqdim ediləcək mükafat və qiymətli hədiyyələr gözləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA yazı müsabiqəsi elan edir

23-12-2024

İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

03-06-2025

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA “İnternet xidmətləri üzrə istehlakçı təcrübəsi sorğusu”nun keçirilməsinə başlayıb

12-06-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə