Böyük ekranlı smartfonların getdikcə populyarlaşmasına baxmayaraq, ACSI-nin (American Customer Satisfaction Index – ABŞ-ın Alıcıların Məmnunluq İndeksi Təşkilatı) versiyasına görə, bu il liderlik Apple şirkətinin 4 düymlük ekrana malik iPhone SE smartfonuna aiddir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ACSI ötən ilin may ayından cari ilin aprelinə kimi 36 194 insan arasında sorğu keçirib. İstifadəçilərdən qurğulara onlardan istifadə məmnunluğuna görə qiymət vermək tələb olunub.
iPhone SE smartfonu 5.7 düym ekranı olan Samsung Galaxy S6 Edge+ və 86 xalı olan 5.5 düymlük iPhone 7 Plus-u geridə qoyaraq maksimum 100 baldan 86 bal toplayıb. Növbəti pillələrdə 85 xalla Galaxy S6 Edge, 84 xalla Galaxy S7 və Galaxy S7 Edge smartfonları qərarlaşıb.
Məlumdur ki, öz istifadəçilərini ən çox məmnun edən smartfonlar əsasən Apple və Samsung şirkətlərinə aiddir. Siyahının ilk iyirmiliyinə müvafiq olaraq 75 və 73 xalla Moto G və LG G4 smartfonları da daxil olublar.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri