“Passenger Drone” şirkəti artıq növbəti ildə sərnişin daşımaları üçün nəzərdə tutulmuş ilk dronlarını satışa çıxarmaq niyyətindədir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, uçan avtonəqliyyat vasitəsi yüngül çəkisi, yığcamlığı və məsafədən idarə edilmə imkanı ilə fərqlənir. 16 pərlə təchiz edilmiş dronun ölçüsü təxminən kiçik avtomobillə eynidir.
Bir müddət əvvəl “Passenger Drone” uçan aparatının sınaqlarının başlanması haqqında məlumat vermişdi. 30 dəqiqə havada qala bilən pilotsuz taksinin sürəti 50 km/saata çatırdı.
Qeyd edilir ki, dronun prototipi artıq mövcuddur və müəssisədə daha 5 nümunə hazırlanacaq. Satışlara başlamazdan əvvəl onlar min saat davam edəcək sınaqdan keçiriləcək. Qurğunun dəyəri hələ ki, açıqlanmır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri