Suyun altında uzun müddət qala bilən dron

29-03-2016 / 15:06

ABŞ-ın Con Hopkins Universitetinin alimləri uzun müddət suyun altında qalan və tapşırığın yerinə yetirilməsi üçün siqnal gözləyən ilk pilotsuz uçuş aparatı hazırlayıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, CRACUNS adlı kvadrokopter 3D-printer vasitəsilə çap edilmiş detallardan yığılıb ki, bu da onun hazırlanma xərclərini minimuma endirib.

Yeni pilotsuz uçuş aparatının prototipi suyun altında 2 ay keçirdikdən sonra işlək vəziyyətdə qalıb və suyun altından qalxaraq havaya uçub.

Mühəndislər korroziyaya uğrayan ağır və bahalı metal detalların istifadəsindən imtina edərək dronu 3D-printer vasitəsilə çap edilən və mexanizmləri sudan qoruyan detallardan hazırlayıblar.

Yeni dron müxtəlif tədqiqatlar və hərbi əməliyyatlar zamanı istifadə oluna bilər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə