Son illərdə sürətlə yayılan dronlar əsasən dördpərvanəli və çoxpərvanəli dronlar idi. Lakin artıq Parrot-un yeni Disco adlı yüksək sürətli dronu var.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu dronun sürəti 80 km/saata çata bilir.
Yeni sabit qanadlı dron öz növünə görə ilk istehlakçı kamera dronudur.
Quyruğundan pərvanəsi var, lakin ümumi strukturu tamamilə təyyarəni xatırladır. Disco-nun burnunda 1080 piksel HD, rəqəmsal stabilizasiyalı kamerası var. Hər qanadının isə motorlarla tənzimlənən idarəetmə qapaqları var.
Parrot bildirir ki, bu yalnız həvəskarların yox, hər kəsin idarə edə biləcəyi dron olacaq. Bunun üçün Parrot-un tətbiqindən istifadə edə bilərsiniz.
Bu zaman demək olar ki, dron özü uçur. İdarəetməyə tam sahib olmaq üçün isə xüsusi dron idarəetmə qurğusunu almaq lazımdır.
Lakin bu zamanda rahatlıqlaqla oystiklə hündürlük, həmçinin sağ-sol istiqamətlərini idarə etmək olur.
Disco stabilliyini qorumaq üçün olduqca çox sayda sensorla təchiz edilib. Dron həm kameradan, həm də ultra səsdən stabilliyi qorumaq üçün istifadə edir.
Burnundakı hava təzyiqi sensoru sürətini ölçür. Əgər dronun idarəetməsini itirsəniz və ya o özünün itdiyini düşünsə , o zaman GPS-də istifadə edərək evə qayıdır.
Dronun ümumi qanada uzunluğu 1.1 metr və çəkisi isə 700 qramdır. Dronun akkumulyatoru ona 45 dəqiqə uçmağa imkan verir.
Hələlik dəqiq satış tarixi və qiyməti açıqlanmasa da, Disco-nun 2016-cı ildə satışa çıxarılacağı gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri