Çinin DJI şirkəti öz tarixində ən yığcam və ucuz dronu təqdim edib.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Spark adlı yeni kvadrokopterin çəkisi cəmi 270 qram təşkil edir.
Bununla belə, dron olduqca geniş funksionallığa malikdir. O, jestlərin köməyi ilə idarəetməni dəstəkləyir və sahibini sifətə görə tanıyaraq əldən uça bilir. Verilmiş obyekti izləyə bilən dronun inteqrasiya edilmiş sensorları onun maneələrlə toqquşmasının qarşısını almağa kömək edir.
Onun maksimal surəti 50 km/saat təşkil edir, batareyası isə, 16 dəqiqə ərzində havada qalmasını təmin edir. Bununla belə, onu xarici akkumulyator və Micro-USB konnektorunun köməyilə yerdə enerji ilə doldurmaq mümkündür.
Spark-ın kamerası ikioxlu qarmaqla bərkidilib. O, Full HD-video və 12 Mp fotoşəkil çəkməyə imkan verir. Bundan başqa, QuickShot funksiyası videonu avtomatik emal etməyə, həmçinin bir dəqiqəlik videonu İnternetə yerləşdirmək üçün 10-saniyəlik video-çarxa çevirməyə imkan verir.
DJI artıq Spark-ın öncədən sifarişlərinin qəbuluna başlayıb. Pilotsuz təyyarənin satışlarına 15 iyun tarixində başlanılması nəzərdə tutulur. Ağ, mavi, yaşıl, qırmızı və sarı rənglərdə təqdim olunacaq dronun dəyəri 499 ABŞ dolları təşkil edəcək. Bu da onun Parrot, Yuneec və ZeroTech şirkətlərinin oxşar mini-dronları ilə rəqabət aparmasına imkan verəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri