Facebook-un internetin olmadığı bölgələrə internet aparmaq üçün hazırladığı Aquila adlı pilotsuz uçuş aparatı (dron) ikinci uçuşunu həyata keçirib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu dəfə dron 1 saat 46 dəqiqə havada qalıb və uğurlu eniş edib.
Xatırladaq ki, Aquila-nın ilk uçuşu ötən il, iyulda gerçəkləşdi. 34 metr qanad açıqlığı olan və normal bir avtomobildən daha yüngül olan Aquila ilk test uçuşunda təxminən 96 dəqiqə havada qalıb. Bu baxımdan Facebook mühəndislərinin gözləntilərini üç qat geridə buraxıb. Dronun bütün idarəsi daxili əməliyyat vahidi üzərindən yerinə yetirilir.
Məlumata görə, dron saatda 40 km sürətlə uçur.
Daxilində 4 ədəd elektrik pərvanə mühərriki olan və sınaq zamanı 2000 W enerji xərcləyən Aquila gələcəkdə günəş enerjisindən faydalana biləcək və bununla da uzun müddət havada qala biləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri