Süni intellektlə işləyən dron

16-02-2018 / 10:00

Skydio şirkəti istiqamətin müəyyənləşdirilməsi üçün 12 kamera ilə təchiz olunmuş və maneələrlə toqquşmanın qarşısını almaq məqsədilə onu əhatə edən obyektlərin həcmli xəritəsini yarada bilən qeyri-adi pilotsuz uçan aparatını təqdim edib.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Skydio R1 dronunun 8 kamerası aparatın çərçivəsinin perimetri üzrə yerləşdirilib, digər 4 kamera isə yuxarı və aşağı istiqamətlərə yönəldilib.

Pilotsuz uçan aparat, həmçinin 4 girostabilizator və uçuş zamanı 4K formatlı video çəkməyə imkan verən əsas kamera ilə təchiz edilib. Kamera məlumatlarının emalı üçün dron dördnüvəli prosessor və 256 nüvəli videoprosessora malik “NVIDIA Jetson TX 1” çipindən istifadə edir. İstehsalçılar tərəfindən hazırlanmış xüsusi kompüter görməsi alqoritmindən istifadə edən dron kamera təsvirlərini birləşdirərək ətraf məkanın həcmli xəritəsini yaradır. Bu sistem sayəsində pilotsuz uçan aparat böyük sürətlə maneələrdən yan keçərək seçilmiş obyekti avtomatik təqib edə bilir.

Dronun avtomatik uçuş vaxtı 16 dəqiqə, maksimal sürəti 40 km/saat təşkil edir. İstifadəçi dronun idarəetmə pultu kimi öz smartfonundan istifadə edə bilər. Yaxın zamanda satışa çıxarılacaq dronu əlavə iki akkumulyatorla birlikdə 2500 ABŞ dollarına əldə etmək mümkün olacaq.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə