Son dövrlərdə dronlar dünyada sürətlə məşhurlaşmağa davam edir.
Texnologiya nəhəngələri də bu texnologiyadan öz xeyirləri üçün istifadə etmək üçün tələsir.
Qeyd edək ki, dronlardan istifadə etmək üçün belə bir addımı ilk dəfə e-ticarət saytları atdı.
Belə ki, bir müddət əvvəl Amazon da yeni dronlarının təqdimatını etdi.
İndi isə Twitter yeni patenti ilə fərqli formada dronlardan istifadə etməyə hazırlaşır.
Belə ki, patentdə qeyd edilir ki, atdığımız tweet-lərlə dronları idarə etmək mümkün olacaq.
Patentə görə, sosial şəbəkə üzərindən dronun olduğu bölgə, kamera bucağı təyin edilə biləcək.
Bununla yanaşı, sosial şəbəkə bağlandığı dron vasitəsilə canlı yayım etmək, video və fotoşəkil çəkmək imkanına sahib ola biləcək.
Twitter bununla yeni şirkətlərlə əməkadaşlığa başlayıb, daha çox gəlir əldə etmək niyyətindədir.
Ötən günlərdə ABŞ-da dron sahiblərinin qeydiyyata alınması ilə tədbirlər görülməsi, Çində DJI tərəfindən ilk dron mağazası açılması dronların daha da məşhurlaşdığını göstərir.
2020 etibarilə dron sənayesinin 6 milyard dollarlıq bir həcmə sahib olması gözləndiyi halda, 2016-ci ilin dronlar ili olacağı iddia olunur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri