Bu gün Müəllif Hüquqları Agentliyi (MHA) və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “İnformasiya kommunikasiya texnologiyaları və əqli mülkiyyət” mövzusunda seminar keçirilib.Seminarın açılışında çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, son illər bütün dünyada kompüter piratçılığı geniş yayılıb.
Avropa Komissiyasının rəqəmlərinə əsasən, hər il bütün dünyada qazanılan illik gəlirin 300 milyard avrosu kompüter piratçılığı sayəsində itirilir. Agentlik sədri bildirib ki, son illər Azərbaycanda da bu rəqəm yüksək səviyyəyə çatıb. Hazırda ölkədə kompüter proqramları sahəsində piratçılıq 90 faizə çatıb. K. İmanov vəziyyətdən çıxış yolu kimi “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi ilə birlikdə tədbirlər planını hazırlandığını deyib. Onun sözlərinə görə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsi tezliklə qəbul olunmalı, İnzibatı Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrinə müvafiq əlavə və dəyişikliklər edilməsi barədə agentliyin verdiyi təkliflərə baxılmalıdır.
K. İmanovun sözlərinə görə, hazırda MHA-da islahatlar həyata keçirilir. İslahatlar çərçivəsində piratçılıqla, o cümlədən kompüter piratçılığı ilə mübarizənin gücləndirilməsi üçün agentlikdə Əqli Mülkiyyət Mərkəzi yaradılacaq. K. İmanov bazarda olan əqli mülkiyyət obyektlərinin reyestrinin aparıldığını da deyib.
“Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Teymur Axundov isə bildirib ki, şirkət Azərbaycanda 3 ildən artıqdır fəaliyyətə başlayıb. Əqli mülkiyyət hüquqlarının qorunması sayəsində problemlərlə qarşılaşdıqlarını etiraf edən T. Axundovun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 48 bankdan yalnız 3-ü leqal kompüter proqramlarından istifadə edir. T. Axundov “Microsoft”un kompüter piratçılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinə hər cür dəstək verməyə hazır olduğunu bildirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov isə kompüter piratçılığının qarşısını almaq üçün “Microsoft” şirkətini lisenziyalaşdırılmış proqram təminatının qiymətlərini aşağı salmağa çağırıb: “Lisenziyalaşdırılmış proqramı təminatı təxminən 300 manata başa gəlir. Pirat proqram təminatı isə 10-15 manatdır. Buna görə də aztəminatlı sosial təbəqə daha çox pirat proqram təminatına üstünlük verir. Yaxşı olar ki, “Microsoft” şirkəti aztəminatlı sosial qruplar üçün xüsusi qiymətlər təmin etsin”. APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri