“İRƏLİ” İctimai Birliyi “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində regionlarda yeni təlimlər gerçəkləşdirib. Birliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, bu dəfə təlimlər Kürdəmir və Zərdabda keçirilib. Bildirilir ki, noyabrın 30-da Kürdəmir rayon 6 saylı orta məktəbin akt zalında keçirilən təlimin açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Mikayılov, Kürdəmir rayon Təhsil Şöbəsinin məsləhətçisi Xəqani Qurbanov və “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev iştirak ediblər.
Zərdabda keçirilən təlimlərin açılış mərasimi isə noyabrın 30-da Zərdab rayon Gənclər və İdman İdarəsinin akt zalında keçirilib. Burada keçirilən tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Səfərov və Rəhman Feyzullayev, Zərdab rayon Təhsil şöbəsinin müdir müavini Elşad Kərimov, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev və “İRƏLİ”nin nümayəndəsi Xəqani Fərəcov iştirak ediblər.
Məlumatda bildirilir ki, Kürdəmirdə keçirilən təlimlərin ilkin mərhələsində 135 nəfər, Zərdabda isə 136 nəfər iştirak edib.
Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “HP” şirkəti , “Microsoft” şirkəti, “Bestcomp” şirkəti, “Yumroo” portalı, “1News” İnformasiya Agentliyi, “Day.az” İnformasiya Agentliyidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri