“İRƏLİ” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir. Layihə çərçivəsində yeni təlimlər Şəkidə və Qaxda reallaşdırılıb.
Şəkidə keçirilən təlimlərdə 135 nəfər, Qaxda isə 104 nəfər sertifikat alıb.Ötən gün isə “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin Mingəçevir və Yevlaxda açılış mərasimləri keçirilib. Mərasimdə Yevlax şəhəri təhsil şöbəsinin müdiri Raquf Mirzəyev, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, YAP Yevlax rayon təşkilatının sədri Elnur Xanlarov iştirak edib.
Layihənin partnyorları Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və “İRƏLİ” İctimai Birliyidir.
Qeyd edək ki, “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi ilk olaraq Gəncə şəhəri və ətraf rayonlarda, o cümlədən Qazax, Ağstafa, Şəmkir və Tovuzda gerçəkləşdirilib. Gəncədə kursu keçmiş 270 nəfərdən 188 nəfəri, Qazax rayonu üzrə 135 nəfərdən 106 nəfəri, Ağstafada 134 nəfərdən 86 nəfəri, Şəmkirdə 130 nəfərdən 102 nəfəri, Tovuzda isə 135 nəfərdən 88 nəfəri layihə çərçivəsində keçirilmiş təlimlərin sertifikatını ala bilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri