İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Biznes İnkubasiya Mərkəzinin 12 həftə davam edən Pre-akselerasiya proqramının yekununa dair onlayn təqdimat tədbiri (“Demo Day”) keçirilib.
Xeberler.az bildirir ki, təqdimat koronavirus (COVID–19) pandemiyası dövrünə təsadüf etdiyi üçün 48 dəqiqə ərzində “Facebook” və “YouTube” platformalarından canlı yayımlanıb. Canlı yayım zamanı dünyanın müxtəlif ölkələrindən dəvət olunan investisiya fondlarının nümayəndələri, o cümlədən “Impact Hub”, “Startup Grind” və “Seedstars” kimi dünyaca məşhur startap hərəkatlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, ötən ilin noyabr ayında elan olunan Pre-akselerasiya proqramına qatılmaq üçün 60-dan çox layihə müraciət etmişdi. 3 mərhələli müsabiqənin nəticəsinə əsasən 5 layihə proqramın iştirakçısı olmaq imkanı əldə edə bilib.
Qalib 5 startap komanda 12 həftəlik Pre-akselerasiya proqramı çərçivəsində beynəlxalq səviyyədə tədris almaq, layihələrini ideya mərhələsindən ilkin prototip məhsulun hazırlanması mərhələsinə çıxarmaq, həmçinin maliyyələşmə, hüquq, şirkətləşmə, istifadəçilər, bazar, inkişaf, IT sahələri üzrə biliklərini inkişaf etdirmək imkanı qazanıblar. Beləliklə, Pre-akselerasiya proqramına sadəcə ideya mərhələsində qatılan startaplar proqramın sonunda öz məhsullarının ilkin istifadə edilən versiyalarını hazırlayıb təqdim edə bildilər.
Baramanın Pre-akselerasiya proqramını tamamlayan layihələr aşağıdakılardır:
“İŞIQ” - karyera qurmaq üçün bələdçi
“ABC Planet” - məktəbəqədər yaşlı uşaqlar üçün Dualingo
“AIDAtoolkit” - kontent yaratmaq və komanda ilə işləmək üçün vahid platforma
“WinFi” – “Wi-Fi” sahiblərini və “Wi-Fi” istifadəçilərini bir araya gətirən tətbiq
“DOGET” - peşəkarlarla müştəriləri anında birləşdirən platforma.
Proqram müddətində ümumi mentorların 60 faizi beynəlxalq, 40 faizi isə yerli olmaqla 50-dən artıq mentor startaplara bütün sahələr üzrə peşəkar dəstək göstərilib. Mentorluq proqramı prosesində İordaniya, ABŞ, Türkiyə, Hindistan, Pakistan, Rusiya, Serbiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Almaniya, Birləşmiş Krallıq, İtaliya, İspaniya və başqa xarici ölkələr, eyni zamanda, “Impact Hub”, “500 Startups”, “Startup Grind”, “GiX”, “Delloite” kimi beynəlxalq qurumlar ilə əməkdaşlıq edilib.
Ümumilikdə layihələr üzrə keçirilən sorğuda iştirakçıların 90 faizi mentorların fəaliyyətindən razı qaldığını bildirib. Mentorlarla 85 saat birə-bir master-klasslar keçirilib. Proqram mentorlarının ümumilikdə 170 illik iş təcrübəsi mövcuddur. Mentorların layihələrinin sayı 2200-dən çoxdur.
Pre-akselerasiya proqramında iştirak edən layihələrin gələcəkdə müxtəlif beynəlxalq proqramlarda iştirakına hədəflənərək, layihələrin inkişafı beynəlxalq startap kriteriyalarına uyğun aparılıb.
“ABC planet” startapı artıq ABŞ-ın Kaliforniya Ştatındakı Silikon Vadisində fəaliyyət göstərən "Draper" Universiteti və "Scaleink" onlayn biznesin inkişafı platformasının təşkil etdiyi beynəlxalq sertifikasiya proqramına qəbul edilib. Pre-akselerasiya proqramında iştirak edən layihələr gələcəkdə həmin universitetin investisiya imkanlarından və Silikon Vadisinin "network" fürsətlərindən istifadə edə biləcəklər. "İŞIQ" layihəsi bir sıra beynəlxalq universitetlərlə, o cümlədən Arizona Dövlət Universiteti və Kanadanın Britaniya Kolumbiyası Universiteti ilə strateji əməkdaşlıq və partnyorluq müstəvisində ilkin danışıqlara başlayıb.
İnnovasiyalar Agentliyi layihələrin beynəlxalq təşkilatlara və maliyyə fondlarına çıxış imkanlarının yaradılması üçün danışıqlar aparıb. Belə ki, "Boğaziçi Ventures", "Startup Grind" icması, "Seedstars"-dan olan aparıcı nümayəndələrlə layihələr arasında tanışlıq prosesi davam etdirilir. İnnovasiyalar Agentliyi, Barama Pre-akselerasiya proqramının məzun layihələrinə göstərdiyi dəstəyi və qarşılıqlı fəaliyyətini bundan sonra da davam etdirəcək.
Pre-akselerasiya proqramında xarici mentorlarla sessiyalar onlayn keçirildiyi üçün pandemiya dövrü proqramın fəaliyyətində heç bir problem yaratmayıb, proqram nəzərdə tutulan gücü ilə davam edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri