“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025 / 17:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına startapların müraciətləri başa çatıb.

Xeberler.az bildirir ki, akselerasiya proqramına 6 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Cənubi Koreya, Qırğızıstan) 150-yə yaxın startap müraciət edib. Onlardan 125 layihə ilkin şərtləri yerinə yetirdiklərinə görə onlayn təlim və mentorluq xidmətlərindən istifadə etmək hüququ qazanıblar.

Onlayn təlim və mentorluq xidmətləri cari ilin avqust, sentyabr və oktyabr aylarında 10 fərqli ölkədən (Azərbaycan, ABŞ, Çin, Almaniya, Türkiyə, Pakistan, Malta, Rusiya, Finlandiya, Estoniya) cəlb edilmiş mütəxəssislər tərəfindən təqdim ediləcək.

Akselerasiya proqramına qəbul olunan iştirakçılara növbəti mərhələlər barədə elektron məktub göndərilib. Proqram çərçivəsində ilk onlayn təlim 4 avqust tarixində təşkil ediləcək.

Noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Demo Day” proqramında akselerasiya proqramının ən uğurlu startapları investorlara təqdim ediləcək. “Demo Day” proqramında müxtəlif ölkələrdən (Azərbaycan, ABŞ, Çin, Türkiyə, Pakistan, Malta) vençur fondlarının nümayəndələrinin iştirakı razılaşdırılıb.

Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının həyata keçirilməsində İİTKM-nin operatoru olduğu “Enterprise Azerbaijan” portalı müxtəlif ölkələrdən olan 35 təşkilatla əməkdaşlıq edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə