“İnternetdən təhlükəsiz istifadə bacarıqları” təlimi keçirilib

18-12-2025 / 10:05

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti təlim keçirilib. 

Xeberler.az bildirir ki, təlimlər şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişafı məqsədilə keçirilir.

Layihə çərçivəsində növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilib.

Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi
məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.

İki gün davam edən sessiyalar real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib. Təlimə, həmçinin Şəki rayonunun Baltalı - kəndinin müəllim və şagirdləri də qatılıblar.

Növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarının kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə