Previous Next
Bağla

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018 12:05
iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

Kaspersky Lab şirkətinin ekspertləri “Roaming Mantis” adlı yeni mobil bank troyanının zərərverici aktivliyini aşkar ediblər. İlkin olaraq zərərverici DNS-in dəyişdirilməsi metodunu tətbiq edirdi və bütün dünya üzrə “Android” bazasında olan smartfonları virusa yoluxdururdu, hazırda isə o, iOS qurğularına da hücum edir.

Xeberler.az  bildirir ki, bu yaxınlarda müəyyənləşib ki, “Roaming Mantis” fişinq vasitəsilə istifadəçilərin hesab məlumatlarının oğurluğuna başlayıb. Kiberfırıldaqçıların qurbanları iOS qurğularından kendinq səhifəsinə müraciət edən zaman onlar saxta yaradılmış sayta yönləndirilirlər və məhz burada cinayətkarlar istifadəçilərin identidikatorunu, parolunu, bank kartının nömrəsini, onun istifadə müddətini və CVV kodunu ələ keçirilər. Eyni zamanda, zərərverici veb-mayninq məqsədilə iOS bazasında olan qacetlərə də hücum etməyə başlayıb. Onun əsas aləti – “CoinHive” kriptovalyuta mayniniq servisidir, bundan öncə sözügedən troyana fərdi kompüterlər yoluxurdu.

“Kaspersky Lab”ın tədqiqatçılarının müşahidələrinə əsasən, “Roaming Mantis”in arxasında duran kibercinayətkarlar tələsik hərəkət edirlər və çox vaxt səhvlərə yol verirlər. Bütün bünları nəzərə alaraq elə bir nəticəyə gəlmək olar ki, cinayətkarların əsas məqsədi mənfəətin tez əldə olunmasıdır. Məsələn, troyanın intişarı zamanı cinayətkarlar konkret hallarda hansının daha çox pul gətirəcəyindən asılı olaraq bir-birinin ardınca fişinq saytları və veb-mayninq səhifəsindən istifadə edirlər.

Bütün bunlardan başqa, “Roaming Mantis” hücum və aşkaretmədən yayınmaq üsullarını da genişləndirib. İlkin olaraq DNS-in dəyişdirilməsindən sonra istifadəçilər fırıldaqçıların IP- ünvanlarına yönəldilirdilər ki, buradan “facebook.apk” və ya “chrome.apk” kimi zərərli əlavələr yüklənilirdi. Bu yaxınlarda isə kibercinayətkarlar “facebook.apk”ı “sagawa.apk”a dəyişdiriblər, onun intişarı üçün isə SMS göndərənlərin nömrələrinin dəyişdirilməsi xidmətinə əsaslanan icarəyə götürülmüş spufinq servisini tətbiq etməyə başlayıblar.

Bundan başqa, “Kaspersky Lab”ın məlumatına görə, hazırda “Roaming Mantis”ə yoluxma zamanı cinayətkarlar diqqətini “Prezi”yə yönəldiblər – bu, interaktiv təqdimatların hazırlanması üçün nəzərdə tutulmuş bulud xidmətidir. Sözügedən resurs istifadəçilərə pulsuz hesablar açmağa imkan verir və qanuni hesab olunur, bu isə fişinqi və digər zərərverici hərəkətləri müəyyənləşdirməyi çətinləşdirir.

“İlk hesabatımızda xəbərdarlıq etmişdik ki, “Roaming Mantis” artan istifadəçi sayına olan hücumlar üçün nəzərdə tutulub. Adına sadiq qalaraq, o, aprel ayından etibarən sürətlə intişar edir, coğrafi mövqeyindən asılı olaraq üsullarını dəyişir. Zərərverici “Android” bazalı qurğuları yoluxdurur, fişinqlə məşqul olur və hətta iOS-qacetlərini kriptomayninq üçün istifadə etməyə çalışır. Dörd Asiya dilindən başqa “Roaming Mantis” hazırda Avropa və Yaxın Şərqdə yayılmış 27 dildən istifadə edir. Biz yaxın vaxtda fəliyyətini dayandırmaq fikri olmayan kibercinayətkarları izləməyi davam edəcəyik”, - deyə “Kaspersky Lab”ın antivirus üzrə eksperti Suquru İşimaru bildirib.

“Roaming Mantis” adlı zərərverici “Android” və iOS bazaslı qurğulara və routerlərə hücum edir. Bütün qurğuları sözügedən zərərveirici proqram təminatından qorumaq üçün “Kaspersky Lab” bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

1) routerin sazlanmasını yoxlayın;

2) əsasən kriptomayninq üçün istifadə olunan qurğuların administratorunun login və

parolunu dəyişin;

3) bütün qurğularda kibertəhlükəsizlik üçün etibarlı həllərdən istifadə edin;

4) sizin razılığınız olmadan qurğuya “naməlum əlavələr quraşdırmağa” icazə verməyin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

iPhone və iPad qurğularına hücum edən yeni virus aşkarlanıb

25-09-2018

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018

Yay tətilində xaricə üz tutanlar üçün Nar-dan sərfəli rominq paketləri

22-06-2019

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016

Nar nömrə ilə xaricdə WhatsApp pulsuzdur

18-03-2019

Nar ilə rominqə qoşul, səyahətdən zövq al

01-08-2019

Nar-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

12-12-2018

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Qış Olimpiya Oyunlarında baş verən kiberhadisələr-Araşdırma

13-03-2018

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə