Previous Next
Bağla

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018 13:01
Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri müəyyən edib ki, Azərbaycanda internet istifadəçilərinin 41%-nin rəqəmsal qurğuları zərərverici proqramlara yoluxub.Bunula belə, onlardan təxminən hər ikincisi üçün buna bənzər münaqişələr son bir il ərzində ən azı iki dəfə baş verib. Nəticədə, istifadəçilərin təqribən yarısı fayllarını itirib (45%) və ya qurğunun ağır işləməsini (43%) müşahidə edib. Zərərçəkmişlərin hər beşincisi qurğunun bloklanması ilə rastlaşıb, istifadəçilərin 13%-nin qurğusunda fayllar şifrlənib.

Xeberler.az  bildirir ki, qurğuların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri həm də digər kiber-risklərlə qarşılaşıb. Məsələn, istifadəçilərin 21%-i tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub.

İstifadəçilərin 19%-i trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15%-i isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9%-i rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78% hallarda).

Kibertəhdidlər biznes-istifadəçilər üçün də vacib sənədlərin itikisinin səbəbinə çevrilib. Belə hallarla şirkətlərdə yüksək vəzifə tutan və biznes üçün vacib qərarlar qəbul edən tədqiqat iştirakçılarının 32%-i rastlaşıb. Daha 18%-i isə bildirib ki, hücum nəticəsində şirkətə maliyyə zərəri dəyib. Ümumiyyətlə, korporativ istifadəçilərin dörddə birindən çoxu (28%-i) işdə qurğuda zərərverici proqram təminatına yoluxub. Hər onuncu istifadəçi fişinq qurbanına çevrilib. Təxminən hər 20-ci şirkətdə şifrləyicilər və ya məqsədli hücumlarla bağlı hallar yaşanıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün çoxfunksiyalı alətlər yaradır, onlardan istifadə edirlər, artıq “dövriyyəyə” buraxılmış zərərvericilərin funksionallığını daim dəyişir və genişləndirirlər, və bu da onlara məqsədlərinə – istifadəçilərin məxfi məlumatlarını əldə etmək – daha tez çatmağa imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır, şirkətlərin isə əməkdaşların təlimlərinə diqqət yetirməsi olduqca vacibdir”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Qeyd edək ki, tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018
İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019
Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə