Previous Next
Bağla

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016 16:26
Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

Oktyabr ayının sonunda internet aləmində Zcash adlı yeni kriptovalyuta meydana çıxıb.

Yeni kriptovalyutanın yaradıcılarının sözlərinə görə, bu, bitkoinlərin daha təhlükəsiz və anonim alternatividir.

Yarandığı ilk gündən Zcash-in qiyməti ildırım sürətilə artmağa başladı. Bu şərait yeni kriptovalyutanın əldə edilməsi üçün tətbiqlərin yaradılması prosesinə rəvac verdi. Bir çox hallarda bu tətbiqlər cinayətkarlar tərəfindən heç nədən şübhələnməyən insanların kompüterinə ötürülüb.

Xeberler.az-ın məlumatına görə, Kaspersky Lab şirkətinin ekspertlərinə məlum olub ki, kibercinayətkarlar bu cür qazanc əldə etmək üçün ən azı 1 000 ədəd unikal kompüterdən istifadə edirlər. Nəticədə, onlar ay ərzində 6 200 ABŞ dolları dəyərində kriptovalyuta əldə edir ki, bu da onlara il ərzində 75 min dollar “qazanmaq” imkanı verir.

Zcash yığımı üçün tətbiqlər istifadəçilərin kompüterinə Windows əməliyyat sisteminin məşhur aləti olan Task Managaer kimi digər leqal proqramlar formasında düşür. İstifadəçilər tez-tez torrentlərdən xüsusi modullarla təchiz edilmiş proqramlar yükləyir ki, onlar da əksər hallarda pirat proqramları olur.

Texniki baxımdan isə kriptovalyuta yığımı proqramları zərərli deyil. Bununla belə, istifadəçilər bu proqramların qurğuya mənfi təsirlərindən əziyyət çəkirlər. İlk növbədə mayninq enerji sərfedən bir prosesdir. Müvafiq olaraq Zcash yığımı üçün istifadə edilən kompüter daha çox enerji sərf edir ki, bu da elektrik enerjisi üzrə ödənilən məbləğin artımına səbəb olur. Bundan başqa, mayninq tətbiqinin işləməsi üçün operativ sistem yaddaşının 90%-i ayrılır və bu da özlüyündə kompüterin sürətini azaldır.

“Mayninq proqram təminatı zərərli proqram sayılmadığı üçün əksər müdafiə həlləri onları təhlükəsiz olaraq qiymətləndirir. Keçmişdə bitkoinlərlə bu, mayninq botnetlərinin yaranmasına səbəb olub- kriptovalyutaların generasiyası üçün gücündən istifadə edilən yoluxmuş kompüterlər şəbəkəsinin yaranmasına gətirib çıxartdı. Yekunda isə vaxt və enerji resursları sərfiyatının həddən çox artması nəticəsində bitkoinlərin mayninq prosesi öz əhəmiyyətini itirdi və bütün bu botnetlər özləri yoxa çıxdı”, - deyə Kaspersky Lab şirkətinin antivirus üzrə baş mütəxəssisi Aleksandr Qostyev bildirib.

Kompüteri təhlükədən qorumaq və onu cinayətkarların Zcash və digər kriptovalyutaları əldə etmək məqsədilə istifadəsinin qarşısını almaq üçün istifadəçilər əmin olmalıdırlar ki, seçdikləri proqram təminatı zərərli məqsədi olan leqal proqramları tanıyır və onları bloklayır. Kaspersky Lab həlli belə funksiyaya makildir və onu tənzimləmələr bölməsindən aktivləşdirmək mümkündür.

Cinayətkarlar tərəfindən Zcash mayninqi üçün istifadə edilən proqram təminatı Kaspersky Lab-ın RiskTool.Win64.BitCoinMiner.bez və RiskTool.Win64.BitCoinMiner.bfa kimi müdafiə məhsulları tərəfindən aşkar edilə bilir.

Özgə kompüterlər vasitəsilə cinayətkarların Zcash yığımı ilə pul qazanmaq üsulları haqqında daha geniş məlumatla Kaspersky Lab şirkətinin analitik hesabatında tanış olmaq mümkündür.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Lazarus kriptovalyuta birjasına hücum edib

24-08-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Çində kriptovalyuta qadağası digər ölkələrdə mayninqi artıracaq

22-11-2021

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kriptovalyuta birjasından 2 milyon dollara yaxın pul oğurlanıb

04-10-2018

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

“Lisenziyasız proqramlardan daha çox fərdi istifadəçilər yararlanır”-Müsahibə

30-08-2016

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə