Previous Next
Bağla

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018 10:04
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

“Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fleşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar. Kibertəhdidin potensial qurbanlarının əksəriyyətini internetdə də gözləyirdilər: yanvardan sentyabradək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib.

Xeberler.az  bildirir ki, istifadəçilər tez-tez (hadisələrin 42%-ndə) “trojan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar, hansılar ki, istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. Bundan başqa, təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların mayninqi üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb. Buna bənzər təhdidlər birbaşa olaraq maliyyə zərərinə gətirib çıxarmır, lakin yoluxmuş qurğunun məhsuldarlığını və sürətini əhəmiyyətli dərəcədə aşağı salır.

Ümumiyyətlə, “Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur. “Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizliyə lazımi diqqət yetirilmirsə. Fikrimizcə, gələn il mobil qurğulara hücumların sayında artım gözlənilir. Bundan başqa, kriptovalyutalar və maliyyə sistemləri böyük ehtimalla kibercinayətkarların yeni hədəflərinə çevriləcək. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və bu münaqişələrin qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən müdafiə olmaq üçün “Kaspersky Lab” bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

  • məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmayın;
  • əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;
  • yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırın;
  • bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;
  • qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;
  • əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin;
  • etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.

Məlumatlar 2018-ci ilin yanvar-sentyabr aylarında “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslan

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə