Previous Next
Bağla

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019 15:13
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

“Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb. Bundan başqa, il ərzində “Kaspersky Lab”ın müdafiə həlləri 1 079 667 unikal zərərverici linki bloklayıb.

Xeberler.az  bildirir ki, mobil qurğular üçün təhdidlərə gəldikdə isə 2018-ci ildə Azərbaycanda bununla hər 20-ci istifadəçi qarşılaşıb. Bununla yanaşı “Kaspersky Lab”ın həlləri 12 298 unikal zərərverici quraşdırma paketini, o cümlədən 1 269 bank troyanını bloklayıb.

Bununla belə, ötən il ərzində Azərbaycan istifadəçilərinin ən çox zərərverici proqram təminatı adı ilə qarşılaşdığı hücumlar kriptomaynerlər tərəfindən olub – bu cür təhdidlərlə istifadəçilərin 10,2%-i qarşılaşıb.

“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və geniş imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizlik məsələlərinı lazımi diqqət yetirilmirsə. Kibercinayətkarlar mobil qurğulara hücumlara paralel olaraq özlər üçün yeni hədəflər də müəyyənləşdiriblər – kriptovalyutalar və blokçeyndə maliyyə sistemləri. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və onların qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən qorunmaq üçün “Kaspersky Lab” tövsiyə edir:

  • məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmayın;
  • əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;
  • yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırın;
  • bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;
  • qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;
  • əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin; 
  • etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.

Qeyd edək ki, məlumatlar 2018-ci ildə “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslanır. Fleş kartlar, daşıyıcı disklər və ya sərt disklər vasitəsilə yoluxmuş cihazlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab hesabat açıqladı

29-06-2018
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma  məruz qalıb

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə