Previous Next
Bağla

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018 15:14
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Ötən il ərzində müxtəlif zərərvericilərlə qarşılaşan mobil qurğu istifadəçilərinin 25%-i* “böyüklər üçün” məzmununda cürbəcür hallarda maskalanan zərərverici proqramlar tərəfindən hücuma məruz qalıb.

Ümumiyyətlə analoji təhlükə 1,2 mln insanı əhatə edib. Bu cür nəticəyə porno saytların və əlavələrin ziyarətçiləri üçün kibertəhlükələri təhlil edən  Kaspersky Lab şirkətinin ekspertləri gəlib.

Şirkətdən Xeberler.az-a bildirilib ki, ümumi hüsabla analitiklər öz real funksiyalarının “böyüklər üçün” məzmunun arxasında gizlədən 23 zərərli proqram aşkarlayıblar.

Zərərli porno əlavələri qarşılaşan istifadəçi, demək olar ki, hadisələrin yarısında (46%) kliker adlanan proqramı əldə etmək riskinə məruz qalır. Bu proqram reklam səhifələrini “klikləyərək” və ya WAP-səhifəsinə abunə etdirərək mobil hesabdan pul çıxarır. Yayılma dərəcəsinə görə ikinci yerdə bank troyanları qərarlaşıb ki, onlarla hücumlara məruz qalanların 24%-i rastlaşıb. Fırıldaqçıların payına yoluxmaların nisbətən az faizi (6,5%) düşür, lakin onların qurğuya daxil olması əksər hallarda istifadəçini hədələməklə müşayiət olunur. Məsələn, zərərli proqram qeyri-qanuni məzmunun (əksər hallarda uşaq pornoqrafiyası) aşkarlanması barədə bildirişi göstərərək ekranı bloklayır – bu fırıldaq hesabına cinayətkarlar istifadəçiləri pul ödəməyə məcbur etməyə çalışırlar.

“Demək olmaz ki, porno məzmunlu zərərli mobil əlavələr digər bənzər proqramlardan bir o qədər də fərqlənir, lakin müəyyən nüanslar mövcuddur. Onlardan ən vacibi – bu cür zərərli proqramın qurbanı cinayətkarlar üçün olduqca “əlverişlidir”. Belə ki, zərərçəkmişlərdən çətin kimsə onun hansı pornosaytlara daxil olduğunu bildirmək istəsin. Deməli, cinayətkarlar bu cür istifadəçilərdən asanlıqla pul qazana bilirlər. Məhz bu səbəbdən “böyüklər üçün” əlavələr altında gizlənən zərərverici hücumların sayı bu qədər çoxdur. Digər tərəfdən, bu fakt daha bir təmayülü əks etdirir: insanlar mobil platformalara və mobil məzmuna daha fəal keçirlər”, - deyə “Kaspersky Lab”ın antivirus eksperti Roman Unuçek bildirib.

Porno məzmun arxasında gizlənən zərərli proqramlardan baza təhlükəsizlik qaydalarına riayət edərək xilas olmaq mümkündür: yalnız sınanmış saytlara daxil olmaq, vobil əlavələri qeyri-rəsmi mənbələrdən yükləmək (cəlbedici görsənsə belə), pornosaytlardan sındırılmış akkauntlar əldə etmək və etibarlı təhlükəsizlik həllindən istifadə etmək.

“Böyüklər üçün” məzmunlu saytlarda hansı təhlükələrlə qarşılaşmaq mümkün olması barədə daha ətraflı məlumatı Kaspersky Lab-ın analitik hesabatında oxuyun.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Smartfonlara virus hücumlarının sayı artıb

02-08-2019

Kiber fırıldaqçıların qurbanları 8 milyon xərcdən xilas edilib

09-08-2017

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Mobil virusların sayında 3,5 dəfə artım qeydə alınıb

31-05-2017

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə