Ağıllı telefonlarda görmək istədiyiniz 7 özəllik

16-04-2015 / 23:28

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, son bir neçə ildə istehsalçılar ağıllı telefonlarını daha məşhur etmək üçün nadir özəlliklər əlavə edirlər. Bir çox istifadəçinin xoşuna gələn bu özəlliklərin, hamısı kaş bütün telefonlarda eyni anda görə bilsəydik deyirik. 

1.Stereo Səsucaldan

Hər bir istifadəçini HTC-nin istifadə etdiyi BoomSound strereo səsucaldanının səs keyfiyyəti heyran edə bilər. HTC, səs məsələsində zirvədə olan firmalardan biri olmağı bacarıb.

2. Suya və toza davamlılığı

 Sony-in ağıllı telefonlarında adət halına gəlmiş bu özəllik yavaş yavaş digər cihazlarda da istifadə olunur. Samsung keçən il Galaxy S5-də bu özəlliyi istifadə etdi , lakin Galaxy S6-da bu özəlliyə yer verilməyib.

3. Ekranın bölünməsi

Ekranda birdən çox tədbiqi işlətməyi hamımız istəyərik. Samsung bu baxımdan öndə olan firmadır. Lg-də bu özəlliyi öz telefonlarına daxıl edib. Samsung-un erkanda daha çox iş görmək məsələlərində Galaxy Note 4 daha mükəmməldir.

4. S-Pen

Samsung-un öndə olmasına səbəb olan daha bir özəllik. Galaxy Note versiyasının olmazsa olmaz dediyi özəllik olan S-Pen, yazı yazmağı asanlaşdıran ən yaxşı vasitəsidir.

5.Səssizə salma düyməsi

Apple-in iPhone-larda yer verdiyi  bu özəllik ağıllı telefonları tez bir zamanda səssizə almağınıza kömək edir. Digər telefonlarda bu məsələ uzun olmasına baxmayaraq iPhone-larda bir duymə vasitəsilə iş tamamlanır.

6. İkili tonlu LED flaş

İstifaçilər flaşsiz çəkimi daha çox seçirlər, lakin az işıqlı və ya qaranlıq yerlərdə LED flaş  köməyinizə çatacaq. Təbii rənglər verən ikili tonlu flaş Apple-da uzun müddətdir istifadə olunur.

7.Barmaq izi oxuyucusu

iPhone 5S barmaq izi oxuyucusuna sahib olan ilk ağıllı telefon olmadı, amma Apple bu baxımdan öndə olan firmalardan biri olub. iPhone 6 , iPhone 6 Plus və son olaraq Galaxy S6/S6 Edge modellərində bu özəllik istifadə olunub. Bu özəlliyin 2016-cı ildə standart özəlliyə çevriləcəyi gözlənilir.

Sevinc Əsədova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə