“İrəli”də Genocide.az-ın yenilənmiş forması təqdim ediləcək

30-03-2011 / 16:13
31 mart 2011-ci il tarixində saat 14:00-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında “31 Mart - Azərbaycanlıların Soyqırımı”nın 83-cü il dönümünə həsr olunmuş tədbirlər silsiləsi həyata keçiriləcək.
Tədbirdə “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış genocide.az saytı və 31mart.wordpress.com bloqunun yenilənmiş versiyasının təqdimatı keçiriləcəkdir. Yenilənmiş internet resurslarında istifadəçilər soyqırımla bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, kitab, video və foto materiallarla tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir zamanı, həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “e-mail hücum” aksiyası da həyata keçiriləcəkdir. Aksiya zamanı 10 mindən çox e-mail ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatların göndərilməsi nəzərdə tutulmuşur. E-mail bazasına beynəlxalq və yerli təşkilatların, KİV-lərin, müxtəlif media resursların ünvanları daxildir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə