“İRƏLİ” İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) birgə həyata keçirdikləri “İctimai Elmlər Yay Məktəbi” adlı layihə davam etməkdədir.
Layihənin məqsədi gənclərin ictimai fənnlər üzrə biliklərin artması, elmə marağı olan gənc tədqiqatçıların təhlillər, analizlər aparmaq bacarıqlarını eləcə də məqalələr yazmaq, müzakirələr keçirmək qabiliyyətlərini inkişaf etdirməkdir.
Layihə çərçivəsində “Tədqiqatların aparılmasında informasiya texnologiyalarından istifadə” adlı 9-cu akademik mühazirə 16 iyul tarixində “İRƏLİ” İctimai Birliyinin baş katibi və “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Rauf Mərdiyev tərəfindən keçirilib.
Ekspert görüşdə iştirakçılara informasiya texnologiyaların anlayışı, onun yaranma və inkişaf tarixi, mövcud imkanları və informasiya texnologiyalarından effektiv istifadə mövzusunda məlumat verib. Həmçinin müxtəlif tədqiqatların aparılmasında informasiya texnologiyalarının yaratdığı üstünlüklər barədə məlumat verən ekspert sonda mövzu ilə bağlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri