Previous Next
Bağla

İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

29-06-2026 18:32
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində startaplar üçün mühüm beynəlxalq inkişaf və dəstək imkanı yaradılıb. Belə ki, İRİA “Microsoft” şirkətinin “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub. Bu əməkdaşlıq yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını, innovativ məhsullarının inkişafını və miqyaslanmasını dəstəkləyəcək.

Proqram çərçivəsində seçilmiş startaplar “Microsoft” tərəfindən təqdim olunan geniş texnoloji və biznes imkanlarından faydalana biləcəklər. Buraya yüksək həcmli “Azure” bulud kreditləri, “Azure AI” infrastrukturu və süni intellekt xidmətlərinə çıxış, “GitHub Enterprise”, “LinkedIn” və “Visual Studio Enterprise” kimi məhsullardan istifadə imkanları, 24/7 texniki dəstək, eləcə də “Microsoft” mühəndisləri ilə birbaşa texniki konsultasiya sessiyaları daxildir. Eyni zamanda, startaplar məhsullarının inkişafı və qlobal miqyasda böyüməsi üçün beynəlxalq innovasiya ekosisteminə çıxış əldə edəcəklər. Əməkdaşlıq çərçivəsində “Microsoft” nümayəndələrinin iştirakı ilə aylıq qiymətləndirmə və mentorluq mexanizmləri də tətbiq olunacaq. Bu yanaşma startapların inkişaf mərhələlərində daha effektiv istiqamətləndirilməsinə, texnoloji və biznes baxımından düzgün qərarlar qəbul etməsinə şərait yaradacaq.

Bu imkanlarla proqram startapların məhsul inkişafı mərhələsində dəstəklənməsi, süni intellekt və bulud texnologiyalarının tətbiqini genişləndirməyi, investisiya cəlbetmə potensialına malik startapları gücləndirməyi və onların qlobal rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Startapların proqramda iştirakı üçün İRİA tərəfindən xüsusi müraciət mexanizmi yaradılıb. Texnologiya əsaslı innovativ məhsul və xidmət inkişaf etdirən startaplar ilkin olaraq müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər. Bu mərhələdə uyğun hesab edilən startaplara İRİA tərəfindən dəvət (referral) kodu təqdim olunur. Kodu əldə edən startaplar daha sonra “Microsoft”un müraciət platformasına daxil olaraq proqram üçün rəsmi qeydiyyat prosesini tamamlayırlar. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı ildir.

Daxil olan müraciətlər İRİA və “Microsoft” nümayəndələri ilə birlikdə aylıq əsasda qiymətləndiriləcək. Seçimlər hər ayın sonunda müraciət edən startaplar arasından həyata keçiriləcək və il ərzində orta hesabla 40-50 startapın proqramın təqdim etdiyi kredit və dəstək imkanlarından faydalanması nəzərdə tutulur.

Qiymətləndirmə “Microsoft” tərəfindən müəyyən edilmiş uyğunluq meyarları əsasında aparılacaq. Bu zaman startapın investisiya cəlbetmə potensialı və ya artıq investisiya əldə etməsi, məhsulun bazar traksiyası və inkişaf mərhələsi, təqdim olunan həllin innovativ və texnologiya əsaslı olması, məhsulun miqyaslana bilməsi, eləcə də “Microsoft Azure” və digər texnoloji həllərdən istifadə potensialı əsas amillər kimi nəzərə alınacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026
“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025
Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

06-02-2025
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

13-06-2026
Microsoft startaplar üçün yeni proqram istifadəyə verib

Microsoft startaplar üçün yeni proqram istifadəyə verib

19-02-2018
Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025
"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

"Boğaziçi Ventures" fondu tərəfindən Azərbaycanda startapların maliyyələşdirilməsinə start verilir

20-11-2020
"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

"INNOLAND" beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

18-06-2026
İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025
BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

BANM tələbəsi “Microsoft” şirkətinin Azərbaycan tələbə təmsilçisi seçilib

24-01-2025
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019
İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025
“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

“Enterprise Azerbaijan” beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub

28-01-2026
 Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

Azərbaycan startapları “Silikon Vadisi” ekosistemi ilə əlaqələri gücləndirir

25-05-2026
Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017
“Microsoft”-dan  Azərbaycanın startap layihələrinə dəstək

“Microsoft”-dan Azərbaycanın startap layihələrinə dəstək

31-01-2015
“Startup School 3” finalının münsiflər heyəti elan olundu

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025
İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı

19-06-2026
 Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016
“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026
Microsoft Bakıda proqramçıları bir araya topladı

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edilir

Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edilir

21-04-2026
 Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə