Previous Next
Bağla

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020 12:12
İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

Artıq iki ildir ardıcıl olaraq təşkil edilən “İ2B – İdeyadan Biznesə” platforması 2020-ci ildə də davam etdiriləcək.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılan layihə çərçivəsində bu il də bir sıra innovativ tədbirlər keçiriləcək. Startap hərəkatının genişləndirilməsinə və gənclərin innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə paytaxt Bakı və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil olunacaq.

Turların keçiriləcəyi bölgələrdə 17 fevral tarixindən startapçılar üçün təlimlər başlayacaq.

Startap turuna bu dəfə Quba şəhərindən start veriləcək. Təşkilatçılar cəbhə bölgəsində yaşayan gənclərin innovativ ideyalarını dəyərləndirmək məqsədilə bu il ilk dəfə olaraq Ağdama da səfər edəcəklər. Ümumilikdə il ərzində Azərbaycanın 13 şəhər və rayonunda startap turları təşkil olunacaq.

Startap turları çərçivəsində iştirakçılara informativ sessiya, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. Qalib startaplar Milli Finalda iştirak hüququ qazanacaqlar.

Milli Finalda isə təşkilatçılar və tərəfdaşlar ilk üç yerin sahibini müəyyən edəcək və mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, “İ2B – İdeyadan Biznesə” startap hərəkatına “www.i2b.az” saytında qeydiyyatdan keçərək qoşulmaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İnnocamp innovasiya yay düşərgəsi davam edir

30-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə