Google insan səsi ilə danışıb

28-12-2017 / 10:45

2017-ci ilə bizə bir çox yeni xidmət və texnologiya verdiyinə baxmayaraq  bir çoxları da fəaliyyətini dayadırdır.

Xeberler.az xarici mediaya istinadən 2017-ci ildə yolun sonun gələn texnologiya və xidmətlərin siyahısını təqdim edir:

Google korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən səslə danışa bilən nitq generatoru yaratdıqlarından bəhs edən məqaləni dərc etdiriblər.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Tacotron 2 adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir.

Proqram dərin təlimin iki qarşılıqlı əlaqəli neyroşəbəkəsindən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq WaveNet adlı ikinci alqoritmə ötürür.

WaveNet onu səsləndirir. Tacotron 2 çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq, durğu işarələrini nəzərə alır. Bunun sayəsində o, məsələn, cümlənin sonunu və yeni cümlənin başlanğıcını intonasiya ilə ayırır.

Proqramın işinin nümunələri artıq sistemə həsr edilmiş səhifədə yerləşdirilib. O, müasir səsləndirmə proqramlarının monoton mexaniki səslərindən daha yaxşı səslənir. Buna görə də yeni sitemin tezliklə öz tətbiqini tapacağı gözlənilir. 

Tacotron 2 hələ ki, yalnız məlahətli qadın səsi ilə danışır. Sistemin öyrənmə qabiliyyətini nəzərə alaraq, onun başqa səsləri də təqlid edə biləcəyini ehtimal etmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə