Avqustun 3-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təliminin buraxılış mərasimi reallaşıb.
AKTA-dan Xeberler.az-a bildirilib ki, tədbirdə bir sıra dövlət qurumlarının rəhbər və nümayəndə heyəti, “bootcamp”ın məzunları, eləcə də digər media nümayəndələri iştirak edib. Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov çıxış edib.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva çıxışında təlimlərin məqsəd və missiyasına diqqət çəkib: “Ölkənin rəqəmsal inkişafa doğru getdiyi bu yolda sürətli məlumat mübadiləsi, kommunikasiya və məlumatların hədəf kütləyə doğru çatdırılmasında mətbuat ən böyük dəstəkçilərimizdəndir. Bu “bootcamp”ı tərəfdaşlarımızla birgə təsis etməkdə əsas məqsədimiz bu yolda bizimlə çiyin-çiyinə çalışan ixitsaslaşmış media nümayəndələrinin sayını artırmaq və İKT üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir”, - deyə İ.Vəliyeva bildirib.
Tədbirin davamında məzun olmuş 21 iştirakçıya rəsmilər tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlim proqramları 2 ay ərzində iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib.
Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri