Previous Next
Bağla

Kankəndidə “Startup School” keçirilib

03-03-2026 13:19
Kankəndidə “Startup School” keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” və “Azexport” portalları, eləcə də “Karabakh Training Center”in təşkilatçılığı ilə “Startup School” layihəsi Qarabağda- Xankəndidə təşkil edilib.

Xeberler.az bildirir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və startap təşəbbüslərini, innovativ və investisiya yönümlü layihələri təşviq etmək, eyni zamanda rəqəmsal ticarət və layihə idarəetməsi sahəsində praktiki bilik və bacarıqları artırmaq olub.

Tədbirdə Qarabağ Universiteti və Bakı Biznes Universitetinin müəllim və tələbələri, sahibkarlar və sənaye parklarının rezidentlərinin nümayəndələri iştirak ediblər. “Karabakh Training Center”in rəhbəri Aytən Məmmədova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və Qarabağ Regional Məşğulluq filialının nümayəndəsi Kənan Süleymanlı çıxış edərək regionda innovativ sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxışlar zamanı regionda tətbiq olunan vergi güzəştləri, məşğulluq proqramları, startaplar və ixrac yönümlü sahibkarlar üçün mövcud rəqəmsal platformalar, beynəlxalq bazarlara çıxış imkanları, universitet-sənaye əməkdaşlığı və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonra İİTKM-nin “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və İnsan resursları üzrə meneceri Mətanət Rəsulovanın təqdimatında “İnnovativ sahibkarlıq və startap fəaliyyəti” və “Rəqəmsal ticarət və Azexport portalının xidmətləri” mövzularında təlimlər keçirilib.

Günün ikinci yarısında startap layihələrinin təqdimatları dinlənilib və müzakirə olunub. Layihələrin inkişaf etdirilməsi istiqamətində tövsiyələr verilib və mentorluq xidməti göstərilib. Layihə çərçivəsində 50-yə yaxın müəllim və tələbə təlim və mentorluq xidmətlərindən faydalanıb. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Startup School - Qarabağ” layihəsi regionda innovativ sahibkarlıq mühitinin formalaşdırılmasına, yerli təşəbbüslərin dəstəklənməsinə və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına yönəlib. Hazırda layihənin davam etdirilməsi istiqamətində müzakirələr aparılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağda “Startup School” layihəsi keçiriləcək

12-02-2026

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

EnterpriseAzerbaijan.com Böyük Britaniyada təqdim olunur

14-05-2019

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

“Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb

19-09-2025

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Startup School 3” layihəsində təlim sessiyaları başa çatıb

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə