Previous Next
Bağla

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021 19:16
Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

Kaspersky-nin statistik məlumatına görə, Azərbaycanda kompüterlərin 42%-də hələ də baza dəstəyi 2020-ci ilin yanvarında başa çatmış Windows 7 əməliyyat sisteminə
quraşdırılıb.

Əməliyyat sisteminin köhnəlmiş bir versiyası yaxşı işləyə bilər, lakin əgər o, artıq dəstəklənmirsə, ona hücum etmək daha asandır. Sistemin ömrü bitdikdə, zəifliklər
olduğu kimi qalır, onlar üçün yamaqlar (patch) buraxılmır, bu da təcavüzkarların məlumat əldə etməsini asanlaşdırır.

Ev istifadəçiləri arasında Windows 7 istifadə edənlərin payı 48%, kiçik və orta sahibkarlar arasında - 14%, mikrobiznes nümayəndələrində isə 30%-dir. Kiçik müəssisələrin əməliyyat sistemini müasir səviyyədə saxlaması xüsusilə vacibdir, çünki onlar kiber təhlükəsizliklə mübarizə üçün ayrıca resurslara sahib deyillər.

Hazırda şirkətlər Windows 7 üçün dəstəyi pullu əsaslarla yeniləyə bilərlər, ancaq bu yalnız 2023-cü ilə qədər mümkün olacaq. Windows - XP-nin baza dəstəyi 2014-cü ildə başa çatan daha köhnə versiyasını işlədən istifadəçilər və şirkətlər də var. Ancaq onların payı 1%-dən azdır. İstifadəçilərin demək olar ki yarısı (48%) əməliyyat sisteminin ən son və ən etibarlı versiyası olan Windows 10-dan istifadə edir.

“Bir çox istifadəçilər interfeysdə və funksionallıqda baş verə biləcək dəyişikliklərdən qorxaraq və ya sadəcə dəyərli iş vaxtını buna sərf etmək istəmədikləri üçün əməliyyat sistemini yeniləməyə tələsmirlər. Təcavüzkarların sistemə nüfuz edə biləcəyi zəifliklərə səbəb olan sistem xətalarını düzəldən məhz yeniləmələrdir. Sistemi vaxtında yeniləməlisiniz, heç bir halda, ən azı kritik yeniləmələrin quraşdırılmasını təxirə salmayın,” deyə Kaspersky-nin mütəxəssisi Oleq Qorobets bildirib. “Anlamaq lazımdır ki, bir zəiflik barədə məlumat geniş ictimaiyyətə məlum olan kimi, bir çox kiber cinayətkarlar sistemi vaxtında yeniləyə bilməyənlərə “ümid bəsləyərək”, hücumlar üçün bundan fəal şəkildə istifadə etməyə başlayır. Əgər əməliyyat sisteminə dəstəyin tezliklə dayandırılacağını bilirsinizsə və başqa bir çıxış yolu yoxdursa, cihazın yenilənməsi də daxil olmaqla, onun vaxtında dəyişdirilməsi üçün tədbirlər planlaşdırmalısınız. Yeniləmələri qəbul etməyən sistemlərdən istifadə etmək, evin qapısını açıq saxlamaq kimidir: gec-tez arzuolunmaz biri daxil ola bilər."

Kaspersky şəxsi istifadəçilər və təşkilatlara tövsiyə edir:

1. istehsalçı tərəfindən dəstəklənən əməliyyat sisteminin aktual versiyasını istifadə
edin;

2. əməliyyat sistemi istehsalçısı tərəfindən təklif olunan yeniləmələrin öncədən sınanması mümkün olmadıqda, avtomatik yeniləmə funksiyasını aktivləşdirin;

3. əgər əməliyyat sistemini hər hansı bir səbəbdən ən son versiyaya yeniləmək mümkün deyilsə, təşkilatlar bunu öz təhdid modelində nəzərə almalı və internetdə işləməklə əlaqəli tapşırıqları dayandıraraq zəif qovşaqları şəbəkənin qalan hissəsindən ayırmalıdırlar;

4. köhnəlmiş əməliyyat sistemləri olan cihazların qorunmasını tam və səmərəli işləyə bilən müasir bir həll ilə təmin edin. Aşağı performanslı cihazlarda və köhnəlmiş əməliyyat sistemlərinin nəzarəti altında səmərəli işləyən Kaspersky Embedded Systems Security kimi bir həll bu işdə kömək edə bilər;

5. əgər sistem imkan verirsə, sahibkarlar və mikrobiznes üçün Kaspersky Small Office Security, kiçik və orta biznes üçün Kaspersky Security Cloud və daha inkişaf etmiş IT infrastrukturu olan şirkətlər üçün nəzərdə tutulan biznes üçün Kaspersky Security kimi davranış analizi və zəifliklərin istismarının qarşısının alınması texnologiyaları ilə təchiz olunmuş qabaqcıl həllərdən istifadə edin. Bu həllər dəstəklədikləri (Windows 7 və daha əvvəlki) sistemlərdəki düzəldilməmiş zəifliklərdən istifadə riskini azaltmağa kömək edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Windows 8 dünyada 2,79 faiz kompüterdə quraşdırılıb

04-03-2013

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015

Windows 10 sistemi Android əlavələrini dəstəkləməyə başlayıb

04-10-2018

Microsoft şagirdlər üçün endirim edir

21-09-2009

WhatsApp bəzi əməliyyat sistemlərini dəstəkləməyəcək

26-09-2019

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015

Planetimizin ən populyar əməliyyat sistemləri

11-07-2008

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Windows 7-ə texniki dəstəyin göstəriləcəyi son tarix açıqlanıb

06-01-2020

Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

10-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə