Previous Next
Bağla
REKLAM YERİ

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018 12:29
Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

Kaspersky Lab şirkətinin ekspertləri qadağan olunmuş forumlarda, demək olar ki, bütün müasir avtomobillərin kompüter sistemlərinə yol açan zərərverici proqramlar və alətlər aşkar edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, təhlükə həqiqətən qlobal xarakter daşıyır, çünki ağıllı avtomobillər üçün proqram təminatının böyük bir hissəsində indiyədək bir kütlə köhnə və qapalı olmayan boşluqlar mövcuddur.

Bütün müasir avtomobil kompüter sistemləri müntəzəm olaraq yenilənməlidir: aktual naviqasiya kartlarının yüklənməsindən ciddi texniki yenilənmələrədək. Avtomobil sahibi bu yenilənmələri diler mərkəzində simsiz internet və ya USB vasitəsilə əldə edə bilər.

Lakin bütün bu ssenarilər çox sayda boşluğa malikdir və təcrübə göstərir ki, cinayətkarlar bu boşluqlardan fəal istifadə edirlər. Zərərverici proqramlar vasitəsilə cinayətkarlar avtomobil sistemlərinə daxil olub, onlar üzərində nəzarətə sahib olurlar.

Kaspersky Lab şirkətinin analitikləri qadağan olunmuş məkanlarda zərərverici alətləri təhlil edib, belə qənaətə gəliblər ki, cinayətkarlar onların köməyi ilə yoxulmuş avtomobillər üzərində aşağıdakı hərəkətləri edə bilərlər:

  • “backdoor” yaradaraq avtomobilə gizli çıxış almaq;
  • avtomobil üzərində distant nəzarətə sahib olmaq;
  • avtomobil sistemlərində, bəzən isə onlara qoşulan qurğularda, məsələn, smartfonlarda istənilən məlumatları toplamaq;
  • avtomobilin müxtəlif funksiyalarını bloklayan və ya modifikasiya edən zərərli proqram təminatı tətbiq etmək;
  • avtomobilin elektron idarəetmə sistemlərini manipulyasiya etmək və müəyyən funksiyalarını, məsələn, təhlükəsizlik yastığı sisteminin işə düşməsini dəyişmək;
  • avtomobil sisteminə və ya ayrı funksiyalara çıxışın bərpası üçün pul tələb edən proqramı aktivləşdirmək;
  • GPS və internet vasitəsilə avtomobilə nəzarət etmək;
  • mikrofonlar və kameralar vasitəsilə sürücü və sərnişinlərə nəzarət etmək;
  • avtomobili gizli açmaq və hətta oğurlamaq.

“Müasir avtomobillərin imkanları, məsələn, distant diaqnostika və ya əyləncə sistemlərinə çıxış, şübhəsiz ki, avtomobil sahiblərinə əlavə rahatlıq və komfort verir. Lakin eyni zamanda, bu ağıllı maşınlar həm ayrıca insan, həm də bütün avtomobil sənayəsi üçün yeni risklər yaradır. Avtomobillərdə kompüter sistemləri hələ də kibercinayətkarların diqqətini çəkir. Kibercinayətkarlar avtomobilin quraşdırılmış elektron komponentlərinin proqram təminatına asanlıqla daxıl olub, onların işini pozmağa qadirdilər. Məhz buna görə də insan təhlükəsizliyi və ümumi etibarlılığına göstərdiyimiz diqqəti bir o qədər də müasir avtomobillərin kibertəhlükəsizliyinə yetirmək lazımdır. Avtomobildə hər hansı nasazlığın və ya yolda təhlükəli vəziyyətin ehtimalını azaldan avtomatik funksiyaların və sürücü assistentlərin sayı istənilən qədər ola bilər. Bəs əgər bütün bunlar əlavədə bircə boşluq üzündən kənardan deaktiv olacaqlar? Müasir avtomobil kibertəhlükəsiz deyilsə, o, ümumiyyətlə, təhlükəsiz deyil”, - deyə Kaspersky Lab-ın Perspektiv Texnologiyalar Departamentinin biznes inkişafı üzrə baş meneceri Sergey Kravçenko bildirib.

Avtomobil proqram təminatında boşluqların nəyə gətirib çıxara biləcəyi barədə daha ətraflı məlumat Kaspersky Lab şirkətinin hesabatında.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Avtomobillər kiberhücumlardan necə qorunacaq?

28-11-2022

Xakerlərin yeni hədəfi avtomobillərdir

27-07-2015

İnternet istifadəçiləri 2018-də hansı təhlükə ilə üzləşəcək? –Proqnoz

21-12-2017

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

16-05-2019

Sürücülər tıxaclar barədə yeni metodla məlumatlandırılacaq

07-05-2015

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

Kaspersky təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib

29-06-2020

Bu avtomobil həm yeriyir, həm uçur, həm də üzür

17-11-2010

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Tıxaclar mobil rabitə şəbəkələrinin işində fasilələr yaradacaq

25-05-2015

Yeni zərərli proqram aşkar edilib

11-05-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017

“Azsamand” avtomobillərinin istehsalı və satışı dayandırılıb

17-11-2010

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

İlin sonundan uçan avtomobillər satışa çıxarılır

04-04-2012

Avtomobillərin dövlət nömrə nişanlarını kompüter tanıma sistemi yaradılıb

17-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə