Previous Next
Bağla

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022 11:35
Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

 

Son üç il ərzində Kaspersky maşın öyrənmə sahəsində 53 patent əldə edib. Onların əksəriyyəti zərərli proqramların aşkarlanması, həyati vacib infrastrukturun qorunması, anti-fişinq texnologiyaları və təhlükəsizlik hadisələrinin monitorinqi və təhlili (SIEM) həlləri kimi sahələrə aiddir. Şirkətin mütəxəssisləri həmçinin bu cür texnologiyaların marketinqdən tutmuş mülki pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinə kimi digər sahələrdə də istifadəsi üçün əlavə variantlar təklif ediblər.

 Xeberler.az bildirir ki, son onilliyin əvvəlində ImageNet məlumat bazasının yaradılması və Amerikan televiktorina çempionlarını məğlub edən Watson superkompüterinin uğuru maşın öyrənməsinə marağın artmasına səbəb olub. Kaspersky bu sahədə ixtira üçün ilk patent müraciətini 2017-ci ildə edib, o vaxtdan bəri, əksəriyyəti son üç ildə olmaqla, ümumilikdə 56 ML patenti alınıb. Bu yaxınlarda alınmış patentlərin arasında 18-i ABŞ Patent və Əmtəə Nişanları İdarəsi, 7-si Avropa Patent İdarəsi, 4-ü isə Yaponiya Patent İdarəsi tərəfindən qeydiyyatdan keçirilib.

 

“Biz əsas məhsul portfelinə daxil olmayan texnologiyaları patentləşdirən azsaylı şirkətlərdən biriyik. Tədqiqatçılarımızın maraqları çox vaxt kibertəhlükəsizlikdən kənara çıxır, bunu maşın öyrənməsi sahəsində aldığımız patentlərin sayı sübut edir. Bu, Kaspersky-nin müxtəlif texnoloji sahələrdə perspektivlər axtarmağa çalışan uzaqgörən şirkət olduğunu təsdiqləyir”, - deyə Kaspersky-nin əqli mülkiyyətin strateji inkişafı şöbəsinin rəhbəri Anton Tixomirov bildirib.

 

Öz tarixi ərzində Kaspersky ABŞ, Rusiya, Avropa İttifaqı, Çin və Yaponiya da daxil olmaqla, ümumilikdə 1200-dən çox patent alıb.

 

Şirkətin texnologiyaları haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022
Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022
Süni intellekt texnologiyalarının hazırlanması üzrə lider ölkələr məlum olub

Süni intellekt texnologiyalarının hazırlanması üzrə lider ölkələr məlum olub

01-02-2019
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Nokia “Apple” şirkətinin patent hüququnu pozmayıb

Nokia “Apple” şirkətinin patent hüququnu pozmayıb

04-11-2010
Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

18-03-2021
Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Kaspersky Amerikan patenti əldə edib

Kaspersky Amerikan patenti əldə edib

15-04-2022
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020
Apple oğurluq etdiyi üçün 625,5 milyon dollar cərimə ödəyəcək

Apple oğurluq etdiyi üçün 625,5 milyon dollar cərimə ödəyəcək

08-10-2010
Kaspersky istehlakçılara  xəbərdarlıq edib

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009
"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

11-04-2023
Google Sərdar Ortacı məhkəməyə verdi

Google Sərdar Ortacı məhkəməyə verdi

20-08-2009
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
iPhone 7 suya davamlı ola bilər

iPhone 7 suya davamlı ola bilər

12-03-2015
Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021
Microsoft XML sənədlərinin patentini əldə etdi

Microsoft XML sənədlərinin patentini əldə etdi

20-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə