Previous Next
Bağla

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021 18:19
Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

Kaspersky İnnovasiya Mərkəzi (Kaspersky iHub) Open Innovation Program (Açıq İnnovasiya Proqramı) çərçivəsində startap və texnologiya şirkətlərinin beşinci yığımına başlayır. Bu dəfəki proqram maliyyə texnologiyaları, oyun və ağıllı evlər / IoT (əşyaların interneti) sahəsində B2C həllərinin yaradıcıları üçün nəzərdə tutulub. İştirakçılar öz iş fikirləri barədə mütəxəssis qiymətləndirməsi ala, Kaspersky-nin dünya üzrə tərəfdaş kanalına və müştərilərinə çıxış əldə edə, habelə informasiya təhlükəsizliyi və rəqəmsal gizlilik sahəsində çalışan beynəlxalq bir şirkətlə uzunmüddətli əməkdaşlıq qura biləcəklər. Müraciətlər 2021-ci il ərzində qəbul edilir, proqram haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: kas.pr/futuresolutions.

Kaspersky İnnovasiya Mərkəzi (Kaspersky iHub) şirkətin inkişaf strategiyasının əsas elementidir. Onun əsas missiyası innovasiyanın insanların gündəlik həyatını yaxşılaşdıracağı bir dünya yaratmaqdır. O, həmçinin məşhurluğunu artırmaq və böyümək imkanı əldə etmək üçün müstəqil layihələrin geniş auditoriyaya çatmasına və Kaspersky-nin tərəfdaş şəbəkələrinə giriş əldə etməsinə kömək edir.

Şirkət perspektivli texnoloji layihələrlə əməkdaşlıq etməyə çalışır və bu istiqaməti gücləndirmək üçün 2019-cu ildə Open Innovation Program Açıq İnnovasiya Proqramı) təşəbbüsünə başlayıb. Bu günə qədər 4 startap yığımı həyata keçirilib. Ümumilikdə, dünyanın hər yerindən 1500-dən çox müraciət təqdim edilib, 57 layihə finala çıxıb, onlardan 18-i üçün pilot layihə həyata keçirilib.

“Rəqəmsallaşma getdikcə gündəlik həyatımıza daha çox daxil olur, daha çox insan maliyyə idarəçiliyini, əyləncə tapmağı və ev işlərinin öhdəsindən gəlməyi daha da rahatlaşdıran texnologiyalara yiyələnir. İştirakçılar üçün pulsuz yığımın məqsədi, istifadəçilər üçün sürətli böyüyən texnoloji məhsullar yaradan tərəfdaşlar tapmaqdır və bu məhsulların verdiyi imkanlar daha çox insana təqdim edilə bilər,” deyə Kaspersky-nin startap proqramlarının rəhbəri Andrey Nikonov bildirib. “Proqramımızın iştirakçıları öz məhsulları üçün mütəxəssis rəyi əldə edə, pilot layihə çərçivəsində öz biznesini başlada və texnoloji fərziyyələrini yoxlaya, həmçinin Kaspersky müştəriləri üzərindən tələbləri sınaya, potensial investorlar üçün nümayiş günlərində iştirak edə və biznesini Kaspersky ilə birlikdə inkişaf etdirə bilərlər".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020
"Kaspersky Açıq İnnovasiya Proqramı"nın yeni seçim mərhələsinə start verilir

"Kaspersky Açıq İnnovasiya Proqramı"nın yeni seçim mərhələsinə start verilir

07-08-2020
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022
Kaspersky yeni təlim proqramına start verir

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020
“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

07-03-2017
Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

18-03-2021
Kaspersky Lab hər startap layihəsinə  4 min dollar ayırır

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021
Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Kaspersky istehlakçılara  xəbərdarlıq edib

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009
Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021
KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə