Previous Next
Bağla

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020 10:52
Kaspersky yeni təlim proqramına start verir

İnformasiyanın istifadəyə açıqlığı ilə bağlı qlobal təşəbbüs çərçivəsində, Kaspersky öz şəffaflıq mərkəzlərinin xidmətlərinə virtual giriş açıb və özəl və ictimai təşkilatların, eləcə də akademik qurumların işçilərinə İT infrastrukturunun təhlükəsizlik səviyyəsini qiymətləndirmək bacarığı əldə etməyə imkan verəcək Kiber Potensialın Gücləndirilməsi Proqramını (Cyber Capacity Building Program) həyata keçirib.

Xeberler.az bildirir ki, hazırda təlimi yalnız onlayn başa vurmaq olar, sonradan, mümkün olduqda, oflayn formatda da mövcud olacaqdır. Təlimdə əldə olunan bacarıqlar, korporativ İT infrastrukturlarına və şəbəkələrinə inteqrasiya olunmuş üçüncü tərəf tətbiqlərinin təhlükəsizliyini və bütövlüyünü qiymətləndirməyə kömək edəcəkdir. Təlim, təşkilatlara kiber təhlükəsizlik risklərini tanımaq, idarə etmək və azaltmaq üçün tətbiq edə biləcəkləri bilikləri əldə etməyə imkan verəcəkdir.

“Şəffaflıq mərkəzlərimiz açılandan bəri, biz məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində geniş təcrübə qazanmışıq. Bu bizə göstərdi ki, təkcə mənbə kodu təqdim etməyə hazır olmaq barədə bəyanat kifayət deyil. Təşəbbüsün bütün imkanlarından tam yararlanmaq üçün, tərəfdaşlarımızın informasiya təhlükəsizliyi sahəsində xüsusi biliklərə sahib olması lazımdır. Məhz buna görə biz xüsusi bir təlim proqramına başlayırıq. O, həm özəl, həm də dövlət qurumlarına istifadə etdikləri məhsulların təhlükəsizliyini qiymətləndirmək bacarığına yiyələnməyə və bununla da öz korporativ şəbəkələrinin kiber müdafiəsini artırmağa imkan verəcəkdir," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Təlimi başa çatdırmaq üçün proqram təminatı hazırlanmasının, proqramlaşdırma və informasiya təhlükəsizliyinin həyat dövrü haqqında əsas təsəvvürlər tələb olunur. Təlim proqramı məhsul təhlükəsizliyinin qiymətləndirilməsi və təhdidlərin modelləşdirilməsi, habelə mənbə kodunun təhlili və boşluqların idarə olunması üzrə giriş kursudur. Pilot proqramda iştirak etmək tamamilə pulsuzdur və 2020-ci ilin üçüncü rübündə ilk növbədə dövlət və elmi qurumlarının işçiləri üçün aktiv olacaqdır. Proqram haqqında daha ətraflı məlumatı https://www.kaspersky.com/capacity-building saytından əldə edə bilərsiniz.

Bundan əlavə, bu gün şəffaflıq mərkəzlərinə fiziki giriş mümkün olmadığından, Kaspersky, şirkətin etibarlı tərəfdaşlarının təhlükəsizlik və şəffaflıq, eləcə də məhsul və xidmətlərdəki ən yaxşı təcrübələrlə tanış ola bilməsi üçün həmin mərkəzlərə uzaqdan giriş imkanı yaradıb. Kaspersky mütəxəssisləri məlumatların emalı prosesləri və məhsulların necə işlədiyi ilə bağlı sualları cavablandırmağa, habelə mənbə koduna onlayn baxış təşkil etməyə hazırdır. Virtual turda iştiraka https://www.kaspersky.com/transparency-center-offices saytından müraciət edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky istifadəçi məlumatlarını İsveçrəyə köçürür

12-05-2022

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə