Previous Next
Bağla

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021 18:22
“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

2020-ci il ərzində Kaspersky həlləri 62 müstəqil təhlükəsizlik texnologiyası testinin nəticələrinə əsasən ilk üçlükdə 50 dəfə, birinci pillədə isə 45 dəfə qərarlaşıb. Ardıcıl səkkizinci ildir ki, şirkətin məhsulları rəqiblərindən daha çox TOP-3-də yer alır.

TOP-3 göstəricisi 80-dən çox təhlükəsizlik həlli istehsalçısının hər birinin ən ciddi müstəqil test və icmalların yekunlarına əsasən topladığı ümumi balları əks etdirir. Hər bir satıcı 2020-ci il ərzində iştirak etdiyi testlərdə tutduğu ilk üç yerin sayına müvafiq olaraq bal toplayır. Bu bal fərdi məhsulların fərdi testlərdəki birdəfəlik
müvəffəqiyyətindən daha aydın göstərici hesab olunur.

2020-ci il şirkət üçün yeni yüksək göstəricilərlə əlamətdar olub. Belə ki, ev istifadəçilərini qorumaq üçün qabaqcıl həll - Kaspersky Internet Security - AV-Comparatives tərəfindən altıncı dəfə “İlin məhsulu” mükafatına layiq görülüb. O, həmçinin, Advanced Threat Protection testində daha yaxşı nəticələr göstərib və ardıcıl ikinci dəfə ATP Gold 2020 mükafatını qazanıb. Əlavə olaraq, bu həll SE Labs-ın rüblük testlərinin bütün iştirakçıları arasında Total Accuracy Rating üzrə ən yüksək ümumi balı toplayıb. Ağıllı telefonlar üçün təhlükəsizlik həlli olan Kaspersky Mobile Antivirus, Android 360 testi çərçivəsində təhdidlərin 100% aşkarlanmasına görə MRG Effitas sertifikatını əldə edib.

SE Labs-ın məhsulların hədəfli hücumlardan qorumaq qabiliyyətini yoxlayan testlərində hərtərəfli Total Accuracy Rating göstəriciləri üzrə üç dəfə ən yüksək balı alan yeganə həllər - biznes üçün Kaspersky Endpoint Security və Kaspersky Small Office Security. Biznes üçün Kaspersky Endpoint Security həlli SE Labs-dan “Korporativ son cihazları qorumaq üçün ən yaxşı məhsul” (Best Enterprise Endpoint 2020) mükafatını alıb. Mükafat mütəmadi açıq test, qiymətləndirmə və müştəri rəylərinin nəticələrinə əsasən verilir. NSS Labs da biznes üçün Kaspersky Endpoint Security-nin imkanlarını yüksək qiymətləndirib: o, zərərli proqram və eksploytların istifadəsi də daxil olmaqla, həyata keçirilən 3600-dən çox hücumu effektiv şəkildə dəf edib və 2020-ci ildə əldə edilən ən yüksək nəticə - AA reytinqini qazanıb. Kaspersky Web Traffic Security 650 istismarı uğurla blokladığı bir testdə göstərdiyi nəticələrə görə VirusBulletin test laboratoriyası tərəfindən VBWeb sertifikatına layiq görülüb.

400 milyondan çox istifadəçi Kaspersky-nin mükafat qazanmış həllərinə etibar edir. 2019-cu ilin noyabrından 2020-ci ilin oktyabrınadək şirkətin təhlükəsizlik texnologiyaları onlayn mənbələrdən həyata keçirilən 666.809.967 hücumu dəf edib, habelə 173.335.902 zərərli URL-i tanıyıb və 33.412.568 zərərli obyekti bloklayıb. Kaspersky həlləri 549.301 fidyə proqramı hücumu və bank hesablarından pul oğurlamaq üçün 668.619 zərərli proqram təminatına yoluxdurma cəhdinin öhdəsindən gəlib. “Müxtəlif müstəqil keyfiyyət testlərində mümkün qədər tez-tez iştirak etməyə çalışırıq. Qürur duyuruq ki, həllərimiz əməliyyat sistemi performansına təsiri minimuma endirməklə yanaşı, bilinən və yeni təhdidlərə qarşı da ən yüksək səviyyədə qoruma nümayiş etdirir. Bundan əlavə, onlarda praktik olaraq saxta müsbət göstərici hadisəsinə rast gəlinmir,” - deyə Kaspersky-nin təhdidlərin tədqiqatı şöbəsinin direktoru Anton İvanov bildirib. "Bu, ev kompüterlərini və noutbukları qorumaq üçün təqdim edilən məhsullardan tutmuş, böyük təşkilatlar və sənaye müəssisələri üçün kiber təhlükəsizlik həllərinə qədər əhatələnən portfelimizə aiddir."

Metodologiya və test prosesi haqqında daha çox məlumatı, həmçinin TOP-3 iştirakçılarının tam siyahısını buradan əldə edə bilərsiniz: https://www.kaspersky.ru/top3.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky Internet Security 2009 ən yüksək qiymətə layiq görülüb

10-12-2008

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib

21-04-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

18-03-2021

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə