Previous Next
Bağla

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020 17:05
Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

Windows üçün Kaspersky Safe Kids proqramı 2020-ci ildə müstəqil Avstriya şirkəti olan AV-Comparatives tərəfindən onlayn uşaq təhlükəsizliyi sahəsində aparılmış həll sınaqlarında ən yaxşı nəticələri göstərib. Sertifikatlaşdırmada beş satıcının məhsulları iştirak edib və yalnız ikisi sınaqdan uğurla keçib.

Müvafiq qoruyucu həllər üçün bazar kifayət qədər genişdir və ən uyğununu seçmək elə də asan deyil. AV-Comparatives hər il müxtəlif istehsalçıların həllərini sınaqdan keçirərək valideynlərə bu işin öhdəsindən gəlməkdə kömək edir. Sınaqda iştirak edə bilmək üçün, proqram bir sıra meyarlara cavab verməlidir: pornoqrafik saytların ən az 98% -ni bloklamalıdır, minimal saxta pozitiv nümayiş etdirməlidir və ciddi səhvləri ehtiva etməməlidir.

Uyğunsuz məzmuna malik veb səhifələri maksimum dərəcədə tanıyan qabaqcıl məzmun süzgəci texnologiyası sayəsində Kaspersky Safe Kids həlli sınaq müddətində ən yaxşı nəticələri göstərib. Bu texnologiyaya saytın HTML kodunun (cədvəllər, başlıqlar, paraqraflar və s.) təhlili və maşın öyrənməsi üçün lazım olan evristik metodlar da daxildir.

"Biz tendensiyaları izləyirik və valideynlərə interneti yenicə öyrənən övladlarını onlayn təhdidlərdən qorumaq və rəqəmsal məkanı onlar üçün etibarlı etməyə kömək etmək üçün Kaspersky Safe Kids-i daim inkişaf etdiririk. Bununla belə, hər bir halda, uşağa belə bir həlli smartfon, planşet və ya ev kompüterinə quraşdırmaq istədiyinizi bildirmək və bunun səbəbini izah etmək lazımdır," deyə Kaspersky Laboratoriyasının məzmun təhlili üzrə mütəxəssisi Anna Larkina bildirib.

Onlayn uşaq təhlükəsizliyi üçün həll seçərkən Kaspersky tövsiyə edir:

1. eyni vaxtda müxtəlif əməliyyat sistemləri (Android və ya iOS, MacOS və ya Windows) üçün aktiv olan çarpaz platforma məhsullarını seçin;

2. mümkün qədər geniş funksionallıq və kifayət qədər çevik parametrləri olan proqramları nəzərdən keçirin - 5-7 yaş arası uşağı təhlükələrdən qorumaq 14-16 yaşlı bir yeniyetməni qorumaqla eyni deyil;

3. həlldə uşağın yerini öyrənmək imkanının olub-olmadığını nəzərdən keçirin. Əgər uşaq şəhər üzrə özü sərbəst hərəkət edirsə, bu funksiya aktuallaşa ola bilər;

4. bazarda uzun müddətdir tanınan etibarlı istehsalçıların təkliflərinə köklənin;

5. seçilmiş həllin məzmuna təhlükəsiz girişi uzaqdan idarə etməyə imkan verdiyinə əmin olun. Bu vəziyyətdə, hər dəfə kompüteri yandırmaq və ya parametrlərdə dəyişiklik etmək üçün uşağın istifadə etdiyi smartfonu götürməyə ehtiyac olmayacaq.

AV-Comparatives hesabatının tam mətni ilə burada tanış ola bilərsiniz: https://www.av-comparatives.org/wpcontent/uploads/2020/06/avc_pct_kaspersky_windows_2020.pdf 

Kaspersky Safe Kids həlli haqqında daha çox məlumat əldə etmək üçün buraya daxil ola bilərsiniz: https://www.kaspersky.ru/safe-kids .

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə