Previous Next
Bağla

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022 15:20
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky mütəxəssisləri 5307 fişinq səhifəsinin mövcudluq müddətini araşdırıb və aşkarlayıb ki, onların üçdə birinin (1784) ömrü bir sutka ərzində başa çatıb, üstəlik əksəriyyəti elə ilk saatlarda fəaliyyətini dayandırıblar. Təcavüzkarlar məhz saxta səhifənin yaradıldığı ilk anlarda aktiv şəkildə fişinq göndərişlərini yayırlar, çünki bunu dələduzluq resursu aşkar olunana və xüsusi antifişinq bazasına əlavə edilənədək həyata keçirmək onlar üçün çox vacibdir.

Araşdırılan səhifələrin dörddə biri monitorinq başlayandan 13 saat sonra işləməyi dayandırıb. Təhlil edilən resursların yarısı nəticədə dörd gündən artıq mövcud olmayıb. Bu cür qısa ömürlü saxta fişerlər göndərişlərin səhifələrin yaradılmasından dərhal sonra yayılmasında maraqlıdırlar.

“Fişinq səhifələrinin qısa ömrü səbəbəindən təcavüzkarlar onların tərkibini dəyişməyə çatdıra bilmirlər, buna görə də tez-tez sıfırdan yeni saxta səhifələr yaradırlar. Qoruma həllərindən yan keçmək üçün onlar daha bir üsuldan istifadə edirlər – təsadüfi yaradılmış şifrə elementləri yaradırlar ki, bu elementlər istifadəçilərə görünmür, amma dələduzluq resurslarının qoruma həlləri tərəfindən bloklanmasını müəyyən müddət ərzində çətinləşdirir. Kaspersky texnologiyaları bu cür tələlərı asanlıqla yan keçir. Bənzər araşdırmalar bizə fişinq hücumlarının dəf edilməsinin keyfiyyət və sürətini artırmağa, qoruma texnologiyalarını təkmilləşdirməyə və insidentlərə daha səmərəli cavab verməyə kömək edir”, - deyə Kaspersky-nin məzmun təhlilçisi Yeqor Bubkin izah edir.

“Qısa ömürlərinə baxmayaraq, fişinq həm istifadəçilərə, həm də şirkətlərə hücum üçün təcavüzkarların əlindəki effektiv alətlərdən biri olaraq qalır. Onlar daima gündəlik xəbərləri izləyirlər, buna görə də, kiber təhlükəsizlik qaydalarını bilmək və onu öz yaxınlarına xatırlatmaq vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fişerlərin toruna düşməmək üçün Kaspersky istifadəçilərə tövsiyə edir:

1. elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin;

2. ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın;

3. daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz;

4. fişinq və ya skam saytlarına və ya zərərli reklam banerlərinə keçid cəhdlərini bloklayan, məsələn, Kaspersky Internet Security qoruma proqramını quraşdırın.

Şirkətlər üçün də bir neçə qayda var:

1. işçilərinizə rəqəmsal mühitdə praktiki təhlükəsiz davranış vərdişlərini öyrənə biləcəkləri müntəzəm rəqəmsal savadlılıq təlimləri keçin (məsələn, Kaspersky Automated Security Awareness Platform platformasının köməyilə);

2. hərtərəfli qorunma üçün sadə idarəetmə və sınaqdan çıxmış funksiyalara malik müvafiq həlli, məsələn, Kaspersky Endpoint Security -ni seçin;

3. əgər Microsoft 365 bulud xidmətindən istifadə edirsinizsə, onun da təhlükəsizliyini təmin etməyi unutmayın: Microsoft 365 üçün Kaspersky Security həlli fişinq və spamdan qorunmaq, həmçinin SharePoint, Teams və OneDrive tətbiqlərinin müdafiəsi üçün xüsusi vasitələrə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kriptovalyuta startapları hədəfdə: Dünya üzrə onlara qarşı hədəfli hücumlar həyata keçirilir

11-01-2023

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

26-12-2022

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə