Previous Next
Bağla

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023 13:07
Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

Kaspersky şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, respondentlərin demək olar ki yarısı (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina edib.

Üstəlik, respondentlərin 10%-i artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmədiyini bildiriblər.

Həmçinin respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdırlar, respondentlərin 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxurlar.

“Kriptovalyuta sənayesi nisbətən yeni meydana çıxıb. Təəccüblü deyil ki, əsrlər boyu ənənəvi puldan istifadə edən insanlar hələ də onun innovativ analoqlarına etibar etmirlər. Bununla belə, kriptovalyutaların böyük potensialı var. Təhlükəsizliyə diqqət yetirməklə, kriptovalyuta sahibləri maliyyə aktivlərini və şəxsi məlumatlarını itirmək risklərini minimuma endirə və özlərini müvafiq təhlükələrdən qoruya bilərlər. Azərbaycanda müvafiq hüquqi sahənin hələ formalaşma mərhələsində olduğunu nəzərə alsaq, ikiqat diqqətli olmaq lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

• hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;

• şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;

• kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;

• rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;

• bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky məhsulları kriptovalyutalarla bağlı təhlükələrin, o cümlədən kriptovalyuta mədənçiliyi üçün kompüterin icazəsiz istifadənin qarşısını alır.

* Sorğu Kaspersky-nin sifarişi ilə Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə