Previous Next
Bağla

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022 12:44
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

2022-ci ildə təcavüzkarlar kriptovalyutaları oğurlamaq üçün iki əsas alətdən istifadə edirlər: potensial kriptovalyuta investorlarını hədəf alan fişinq səhifələri və o cümlədən, ən populyar 20 kripto pul kisəsini təqlid edən zərərli fayllar. Təkcə 2022-ci ilin ilk beş ayında Kaspersky məhsulları istifadəçilərin kripto pul kisəsinə giriş məlumatlarını ələ keçirmək və kriptovalyutaları oğurlamaq üçün yaradılmış fişinq resurslarına təxminən 200 000 giriş cəhdinin qarşısını alıb*.

Xeberler.az bildirir ki, fırıldaqçılar real kripto pul kisələrinə və ya birjalara olduqca bənzəyən veb saytlar yarada bilərlər. İstifadəçilər hiyləni tanımır və bu cür resurslara kilid sözü, yəni pul kisəsinə girişi bərpa edən sözlər ardıcıllığını daxil edirlərsə, dələduzlar məqsədlərinə çatır. Sonra, bəzi hallarda, insan hətta gerçək sayta köçürülə bilər. Bu halda, onun məlumatların təcavüzkarların əlində olduğunu anlamağa vaxtının olmaması mümkündür. Bəzən istifadəçi saytda guya xəta olduğunu bildirən bir səhifə görə bilər.

“Kriptovalyuta fırıldaqçılar üçün cəlbedici hədəfdir. Onlar geniş auditoriya tərəfindən ona artan marağı görür və bundan öz məqsədləri üçün istifadə edirlər. Rəqəmsal aktivlərin sahiblərinə qarşı fişinq hücumları qabaqcıl texniki bacarıq tələb etmir, təcavüzkarlar əsasən sosial mühəndislik üsullarından istifadə edirlər. Əgər istifadəçi kifayət qədər rəqəmsal biliklərə malik deyilsə, təcavüzkarın uğurlu olmaq şansı yüksəkdir. Yadda saxlayın ki, yad adamların həddən artıq səxavətli təklifləri və böyük ödənişlər vədi ilə kiçik məbləğin köçürülməsi tələbləri adətən tələdir”, - deyə Kaspersky-nin məzmunun filtrasiya metodlarının inkişafı şöbəsinin rəhbəri Aleksey Marçenko xəbərdarlıq edib.

“Qış və yaz mövsümündə ən məşhur kripto pul kisələrinin adları demək olar ki, 1,5 min müxtəlif növ zərərli faylda istifadə edilib*, onların 75%-i adında Binance-ı, 10%-i Electrum-u və 9%-i MetaMask-ı təqlid edib. Çox vaxt troyan yükləyiciləri bu şəkildə paylanıb, lakin mütəxəssislər həm də bank troyanları, casus və fidyə proqramları ilə qarşılaşıblar”, - deyə Kaspersky-ni kibertəhlükəsizlik üzrə eksperti Anton İvanov bildirib.

Kaspersky mütəxəssisləri tövsiyə edir:

  • linkləri yoxlayın, ən yaxşısı, müxtəlif xidmətlərdən gələn mesajlardakı linklərə birbaşa keçid etməyin, ünvanı əl ilə yazın;
  • bütün cihazlarda fişinq əleyhinə funksiyaları olan etibarlı təhlükəsizlik həlli, məsələn, Kaspersky Internet Security quraşdırın;
  • hər şeydən əvvəl diqqətli olun: pul itkisi, anlaşılmaz köçürmələr, hədiyyələr, uduşlar barədə qəfil xəbərlərə aldanmayın.

* Məlumatlar Kaspersky həllərinə 2022-ci ilin yanvar-may aylarında edilmiş geridönüşlərə dair anonim statistikika əsasında əldə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky oğurluq troyanlarının Azərbaycandakı fəaliyyətindən danışır

07-10-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021

Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

26-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə