Previous Next
Bağla

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019 16:31
Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

“Kaspersky” şirkətinin məlumatına görə 2019-cu ildə istifadəçilərə böyük pullar vəd edən məktub və elanların göndərilməsi (SCAM) kimi fırıldaqçılıq hallarında kəskin artım müşahidə olunub. 2018-ci illə müqayisədə istifadəçilərin SCAM resurslara yönləndirilməsi halları 13 dəfə artıb. Belə ki, ötən ilin iyun-dekabr aylarında təxminən 2,7 milyon belə cəhd qeydə alınıbsa, 2019-cu ilin eyni dövründə belə cəhdlərin sayı 36,7 milyona çatıb. Eyni zamanda, 2019-cu ilin yayından bəri “Kaspersky” hər ay təxminən 2 min yeni SCAM-resurs aşkarlayıb.
 
Xeberler.az bildirir ki, istifadəçilərə ən çox aksiya və ya sorğularda iştirak etmələri mübadilində mükafat və sosial ödənişlər vəd olunur. Ancaq vəd edilmiş məbləği almaq üçün adətən kiçik komissiya ödənişi tələb olunur. Nəticədə isə istifadəçi vəsait əldə etmir və "komissiya" cinayətkarların hesabına köçürülür. Bundan əlavə, istifadəçi ödəniş məlumatlarının təhlükəsizliyini də riskə atır.
 
Təcavüzkarlar çox vaxt insanların xüsusi səy göstərmədən cüzdanlarını doldurmaq həvəsindən faydalanırlar. Onlara yalnız potensial qurbanları həvəsləndirmək və sayıqlıqlarını zəiflətmək qalır ki, kiçik bir yatırıma ehtiyac duyulduğu mərhələdə, istifadəçi imtina etməsin.
 
SCAM çox vaxt böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyaya bənzəyir. Bundan əlavə, fırıldaqçılar məşhurlar tərəfindən qazanılmış lotereyaları imitasiya edirlər. Digər populyar sxem isə sosial ödənişlər, məsələn, təqaüd əmanətləri almaq təklifidir. 2019-cu ildə fırıldaqçılar öz fəaliyyət sahələrini genişləndiriblər və elektron poçtdan əlavə sosial şəbəkələr, video xidmətlər, bloqlar və digər platformalardan istifadə edirlər.
 
“Hazırda informasiya təhlükəsizliyi baxımından ən zəif nöqtə elə insan özüdür. Təcavüzkarlara nəyisə sındırmaq və ya yoluxdurmaq lazım olmur, onlar sadə, lakin təsirli sosial mühəndisliyə müraciət edirlər - nəticədə insanlar özləri bütün məlumatları, bəzən isə pullarını verirlər. Buna görə də, rəqəmsal savadlılığın etibarlı müdafiə həlli qədər vacib olduğunu hesab edirik”, - bunu “Kaspersky” şirkətinin məzmun təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev deyib.

“Kaspersky” şirkəti əsas təhlükəsizlik qaydalarını xatırladır:
şübhəli linklərə daxil olmaq olmaz

hər hansı aksiyada iştirak etməzdən öncə onun ​​həqiqətən qeyd olunan brend və ya məşhura aid olub olmadığını yoxlamaq vacibdir

“Kaspersky Total Security” kimi aktual məlumat bazası olan etibarlı qoruyucu həllərdən istifadə etmək lazımdır

əgər təklif olduqca cəlbedicidirsə, çox güman ki, bu feykdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
YouTube-dan fırıldaqçılıq məqsədilə istifadə olunur

YouTube-dan fırıldaqçılıq məqsədilə istifadə olunur

02-08-2019
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə