Previous Next
Bağla

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023 12:01
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

İnsanların təxminən dörddə biri kriptovalyuta ilə əlaqəli kibertəhlükələrdən xəbərdardır və demək olar ki, eyni sayda insanın (23%) onlar haqqında heç bir təsəvvürü yoxdur.

Xeberler.az bildirir ki, bu məlumatlar Kaspersky şirkətinin müxtəlif ölkələrin sakinlərinin kriptovalyutaya* münasibətini öyrənmək üçün apardığı yeni sorğusuna əsaslanır. Təxminən hər iki nəfərdən biri (49%) kriptovalyuta ilə bağlı cinayətin bu və ya digər şəkildə təsirinə məruz qalıb. Rəqəmsal pul sahiblərinin 40%-i mövcud müdafiə vasitələrinin kifayət etdiyinə inanmır.

Respondentlərin fikrincə, kriptovalyutadan istifadə ilə bağlı ən çox yayılmış kibertəhlükələr valyuta oğurluğu və fırıldaqdır. Bu barədə respondentlərin müvafiq olaraq 27% və 26%-i məlumat verib. Sorğu iştirakçılarının üçdə birindən çoxu (38%) rəqəmsal aktivlərə sahib olmayanlar üçün də risklərin mövcud olduğunu bilmir. Bu risklər cihaz sahibinin xəbəri olmadan onun köməyi ilə kriptovalyuta kriptomədənçi proqramlarla bağlıdır.

“Kriptosənaye həmişə təcavüzkarlar üçün cəlbedici hədəf olub. Təəssüf ki, bu sahədə zərərli fəaliyyətin səviyyəsi azalmır. Araşdırmamız göstərdi ki, kriptovalyuta sahibləri rəqəmsal savadlarını artırmalı və potensial risklər haqqında əlavə biliklər əldə etməlidirlər. Bu mövzu Azərbaycan üçün nisbətən yenidir, ayıq-sayıq olmaq və maliyyə itkilərinə səbəb ola biləcək tələsik qərarlar qəbul etməmək son dərəcə vacibdir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edir:

  • hər bir hesab üçün unikal güclü şifrələrdən istifadə edin;
  • şübhəli e-poçt və linklərə qarşı diqqətli olun; məxfi məlumatları daxil etməzdən əvvəl həmişə səhifə ünvanını bir neçə dəfə gözdən keçirin;

• şəxsi açarları heç kimlə paylaşmayın, onları heç bir yerə yerləşdirməyin;

• kibertəhdidlər haqqında daha çox öyrənməyə çalışın, fırıldaqçıların qurduğu tələlərdən xəbərdar olun;

• bütün cihazlarda etibarlı təhlükəsizlik həlləri quraşdırın.

* Sorğu Kaspersky-nin sifarişi əsasında Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə   Ərəbistanı,   Cənubi   Afrika,   İspaniya,   İsveçrə,   Türkiyə,   Birləşmiş   Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə